2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Maltada korrupsiyadan yazan jurnalist avtomobilində partladılıb

Reuters agentliyi xəbər verir ki, Maltada tanınmış blogger Caruana Galizia evindən çıxdıqdan az sonra avtomobilində törədilmiş partlayışda öldürülüb.

Galizia öz yazılarında hökuməti korrupsiyada ittiham edirdi. Polis bildirir ki, onun avtomobilinə bomba yerləşdirilmişdi.

Polisin verdiyi məlumata görə 53 yaşlı Daphne Caruana Galizia Mosta yaxınlığında, Bidniyadakı evindən az aralandıqdan sonra avtomobili partlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Yerli medianın verdiyi xəbərə görə onun oğullarından biri partlayış səsini eşidib.

Caruana Galizia-nın korrupsiyada tez-tez ittiham etdiyi baş nazir Joseph Muscat dərhal bu hadisəni pisləyib.

O deyib ki, “mən bu vəhşi hərəkəti qətiyyətlə pisləyirəm və bunu bizim ölkəmizdə şəxsiyyət və ifadə azadlığı üzərinə basqın hesab edirəm”.


Baş nazir bildirib: “Hamı bilir ki, xanım Caruana Galizia həm siyasi, həm də şəxsi müstəvidə mənim və başqalarının qatı tənqidçisi idi”.

“Ədalət öz yerini tutmayınca mən sakit olmayacağam” – deyib baş nazir.

Malta teleleviziyasının verdiyi xəbərə görə, Caruana Galizia ona edilən ölüm hədələri ilə bağlı polisə müraciət etmişdi.

Yerli qəzetlərin verdiyi məlimata görə jurnalistin kirayə etdiyi avtomobil tamamilə dağılıb.

BBC xəbər verir ki, Caruana Galizia-nın ölümü baş nazir Muscat-ın Əmək Partiyasının seçki qələbəsindən dörd ay sonraya təsadüf edir.

Galizia baş naziri və onun arvadını Panama sənədləri ilə bağlı korrupsiyada ittiham edirdi.

BBC xatırladır ki, baş nazir və xanımı Azərbaycanın hakim ailəsi üçün ofşor bank hesablarında pul gizlətdiklərinə dair ittihamları rədd edirdilər.

Caruana Galizia-nın məşhur bloqunda həm də müxalifət siyasətçiləri kəskin tənqid edilirdi.

BBC-nin bildirdiyinə görə baş nazirin ofisi bəyan edib ki, bu hücumun siyasi motivli ola biləcyi barədə iddialara baxmayaraq, erkən nəticələrə gəlməyə ehtiyac yoxdur.

Malta hadisəni törədənin aşkar edilməsi üçün beynəlxalq kömək istəyib.

Reuters agentliyi xəbər verir ki jurnalist partlayışdan yarım saat əvvəl nəşr etdiyi bloqda yazırdı: “Hər tərəf dələduzdur. Vəziyyət çıxılmazdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button