2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Manaf Ağayevin oğlu həbs edilib

Müğənni Manaf Ağayevin oğlu həbs edilib.

Müşfiq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşməməyi tövsiyə edib. Lakin Müşfiq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Ağayevi polis bölməsinə aparıb. Məlum olub ki, Müşfiq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq inzibati həbs tədbiri seçilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirib ki, Müşfiq Ağayev Səbail rayon Yol Polis İdarəsinin əməkdaşları tərəfindən təhülkəsizlik kəmərinindən istifadə etmədiyinə görə ona “saxla” əmri verilib.

“Avtomobil saxlanılandan sonra onun spirtli içkinin təsiri altında avtomobil idarə etdiyi məlum olub. Bu zaman Müşfiq Ağayev yol polisinin qanuni əmrinə tabe olmayıb və onları təhqir edib. Müşfiq Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə protokol tərtib edilib. Bundan başqa o, yol polisini təhqir etdiyi üçün 8-ci Polis Bölməsinə aparılıb. Onun barəsində 510-cu maddə ilə protokol tərtib olunaraq baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib

Məhkəmə protokolu təmin edib və Müşfiq Ağayev barəsində 5 sutka inzibati həbs qərarı çıxarılıb”. (APA)

24 saat” “Manaf Ağayevin oğlu həbs edilib” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button