2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Manat ‘qara bazar’da da dəyər qazanıb

Mərkəzi Bank manatın aprelin 7-nə olan rəsmi məzənnəsini açıqlayıb.

Rəsmi məzənnəyə görə, həmin tarixdə bir dollar 1,7031 manata bərabər olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 6-da bir dollar 1,7140 manat təşkil etmişdi.

Bu gün, aprelin 6-da Mərkəzi Bankda (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdi. Hərracda manatın orta çəkili məzənnəsi elə 1.7031 səviyyəsində formalaşmışdı.

Buna da bax:​ Manat hərracda bir az da bahalaşdı

İki gün əvvəlki hərracda isə 1 dollar 1.7244 manat müəyyən edilmişdi.

Manatın rəsmi məzənnədə möhkəmlənməsi banklarda və “qara bazar”da dolları ucuzlaşdırıb.

Verilən xəbərlərə görə, “qara bazar”da günortadan sonra dollar alışı 1,66-67 manata düşüb. Buna qədər alış 1,68-69 manata həyata keçirilirdi.

Dolların satışının isə 1.71 manatdan yüksək olduğu bildirilir.

Buna da bax: Ekspert: ‘Hökumət dolları 2 manat edib, azı, bir il belə saxlamalıdır’

Ekspert: “Mərkəzi Bank manatın kütləsini azaldıb

İqtisadçı ekspert Natiq Cəfərli son durumu şərh edərkən dolların ucuzlaşmasını Mərkəzi Bankın manat kütləsini 2 dəfədən çox azaltması ilə izah edib.

“Bunun müvəqqəti təsirləri var, manat qıtlığı yaranıb, bu isə öz növbəsində iqtisadi aktivliyi, bankları çökdürmək üzrədir. Qısası, guya qaş düzəldirlər, vurub gözü də çıxartmaqla məşğuldurlar”, iqtisadçı bildirib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button