2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

“Manatı uzun müddət indiki səviyyədə saxlamaq mümkün deyil” – Deputatdan siqnal

“Mərkəzi Bankın hazırkı məzənnə siyasəti ilə manatı bundan sonra da uzun illər 1 dollar=1,7 manat səviyyəsində saxlamaq mümkünsüzdür və gec-tez tam üzən məzənnə rejiminə keçiləcək”.

Bunu deputat, iqtisadçı alim Əli Məsimli deyib.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirib ki, manat sərbəst üzən məzənnə rejiminə keçərkən məzənnənin dəyişməsi də labud haldır: “Amma məsələ burasındadır ki, hazırkı iqtisadi şəraitdə, manatın tam üzən məzənnəyə keçidinin ilkin şərtləri yoxdur. Bu məsələ konkret vaxt – 2020-ci il göstərilməklə Strateji Yol Xəritəsinə salınsa da, bir müddətdən sonra Mərkəzi Bankın 2020-ci ildə “tam üzən məzənnə rejiminə keçməyimiz real deyil” açıqlaması göstərir ki, dediklərimiz əsaslıdır”.

Əli Məsimli qeyd edib ki, devalvasiya tədiyyə balansının vəziyyəti, valyuta ehtiyatları, kapital axını, ölkənin xarici ticarət siyasətinin yönümü, aktivlik dərəcəsi və eksport imkanları, psixoloji xarakterli və sair bu kimi bir sıra amillərlə şərtlənir. Onun sözlərinə görə, manatın məzənnəsi daha çox dünya bazarında neftin qiymətindən, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğindən asılıdır. “Qlobal geosiyasi və iqtisadi proseslərin fonunda bu ilin birinci yarısanda dünya neft bazarında xam neftin bir barrelinin qiyməti 110 dollar təşkil edib, hazırda isə 100 dolların altındadır. Bu da 2022-ci ilin dövlət büdcəsinin əsasına qoyulmuş proqnoz rəqəmindən 1,6 dəfə yüksəkdir. Tədiyyə balansı da profisitlidir. Bu ilin birinci yarısında xarici ticarət balansında 12 milyard dollardan artıq müsbət saldo yaranıb. Yüksək neft qiymətlərinin uzunmüddətli olması ehtimalı az olsa da, beynəlxalq maliyyə təşkilatlarının və digər qurumların qənaətinə görə, qeyri-adi heç nə baş varməsə, 2022-ci ildə dünya bazarında neftin ortalama qiyməti bütün variantlarda Azərbaycan büdcəsində nəzərdə tutulan səviyyədən yüksək olacaq. İlboyu 70 və 90 dollar arasında qiymət dəyişkənliyi üçün imkanlar olacaq, lakin illik təxminən 85 dollarlıq orta qiymət proqnozlaşdırılır. Bu rəqəm neftin qiymətinin Azərbaycan üçün kritik həddin başlanğıcı hesab olunan 40 dollardan 2 dəfə yüksək olduğundan, devalvasiya ehtimalı yoxdur”.

Bununla belə Əli Məsimli qeyd edib ki, çox güman, növbəti illərdə istər-istəməz manatın sərbəst üzən məzənnəyə keçməsi ilə bağlı müəyyən qərarların verilməsi gündəmə gələcək. Onun sözlərinə görə, Azərbaycanda hazırkı məzənnə siyasətinin məntiqi nəticəsi bundan ibarətdir ki, maliyyə sektorunda durum kritik həddə çatanda, devalvasiyaya gediləcək. “Neftin qiyməti 40 dollar ətrafına düşüb, bundan da aşağıya doğru azalmağa meyl götürsə, bu tendensiya xeyli müddət davam etsə, onda makroiqtisadi vəziyyət də, tədiyyə balansındakı durum da pisləşəcək və devalvasiya qaçılmaz olacaq”, – iqtisadçı vurğulayıb. (moderator)

“24 saat ““Manatı uzun müddət indiki səviyyədə saxlamaq mümkün deyil” – Deputatdan siqnal” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button