2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəmİqtisadiyyat

“Manatın məzənnəsi inzibati yolla sabit saxlanmamalıdır”

Milli valyutanın məzənnəsinin sabit saxlanması cəmiyyətin diqqət mərkəzindədir. Manat bir müddət öncə ABŞ dolları qarşısında ciddi məzənnə fərqində olsa da, hazırda vəziyyət əksinədir. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov milli valyutanın məzənnəsinin sabit saxlanmasından narahatlığını ifadə edib. Millət vəkili bir müddət öncə 1 dolların 1,90 manat səviyyəsinə qədər bahalaşdığını deyərək Mərkəzi Bankın yürütdüyü bu siyasət nəticəsində nəzarət mexanizminin daha da gücləndirildiyini söyləyib. Manatın məzənnəsindəki sabitliyin uzun müddət davam etməsini manat qıtlığı və ajiotaja səbəb ola biləcəyini zənn edən V.Əhmədov manata etibarlılığı artırmağı vacib hesab edib. O, hazırda iki mühüm vəzifəni – manata etimadı, yəni əhalinin milli valyutaya inamını artırmağı, həmçinin, real sektoru inkişaf etdirməyi vacib hesab edir:

“Manatın məzənnəsinin sabit saxlanması 3-4 ay müddətində effekt verə bilər. Onun məzənnəsini inzibati yolla sabit saxlamaq lazım deyil. Bu məsələ bazar münasibətləri çərçivəsində, tələb-təklif əsasında tənzimlənməlidir. Belə olmasa, müəyyən problemlər yarana bilər. Biz manatın müəyyən səviyyədə dayanmasından arxayın olmalıyıq. Arxayın olmalıyıq ki, manat özünün bazar qiymətini aldı. Bundan sonra isə qeyri-neft və iqtisadiyyatın digər sektorlarını inkişaf etdirmək vacibdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button