2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimiİqtisadiyyat

Manatın sabit qalacağı proqnozlaşdırılır

EF407276-BA9A-4885-A5BF-2FAB88A1B2A8_w640_r1_cx0_cy31_cw70_sAzərbaycanda milli valyutanın məzənnəsi yaxın müddətli perspektivdə – 6-12 ay ərzində sabit qalacaq.

«Trend»in xəbərinə görə, bunu «Fitch» beynəlxalq reytinq agentliyinin maliyyə təşkilatları üzrə analitik qrupunun direktoru Dmitry Vasiliev bildirib.

«Ancaq neftin qiymətlərinin aşağı səviyyədə nə qədər çox qalmasından, hökumətin buna cavabından (neftin ucuz qiymətlərinə cavab olaraq hansı addımlar atılacaq) çox şey asılıdır», – deyə D.Vasiliev bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

D.Vasiliev bank sektorunun likvidliyinin sabitləşdiyini də qeyd edib.

«Likvidliklə bağlı vəziyyət böyük risk törətmir. Yanvar-fevral aylarında bank sektorundan əmanət axınından sonra likvidlik hazırda məqbul səviyyədədir. Bundan sonra depozitlərin axını gözlənilmir» – deyən D.Vasiliev-in fikrincə, aktivlərin keyfiyyəti pisləşəcək:

«Çünki kreditlərin böyük qismi xarici valyutada ifadə edilib. Milli valyutanın devalvasiyasından sonra insanların borcları ödəmək imkanı pisləşib».

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button