iqtisadiyyatİqtisadiyyat

“Manatın ucuzlaşması təkrar gündəmə gələ bilər” – AÇIQLAMA/FOTO

Dollar kəskin bahalaşmaqda davam edir. Bu səbəbdən cari il ərzində dünyanın aparıcı valyutalarından olan avro dollar qarşısında 13 faiz dəyər itirib. Azərbaycan manatı isə 2015-ci ildən bəri dollara nisbətdə sabitliyini qoruyur. Bu isə özlüyündə dollar dəyər qazandıqca manatın da digər valyutalar qarşısında qiymətinin artdığı və artacağı mənasına gəlir.

Bəs görəsən, manatın dayanıqlılığı nə vaxtadək davam edəcək?

Məsələ ilə bağlı açıqlama verən Bakı Ali Neft Məktəbinin (BANM) dosenti Altay İsmayılov qeyd edib ki, Federal Ehtiyat Sisteminin (FED) ardıcıl olaraq faizləri artırma siyasətinin dolların dəyər qazanmasında rolu böyükdür:

“FED bunun ilin sonunadək davam edəcəyini açıqlayıb. Hətta növbəti il də FED-in faizlərdə müəyyən artıma gedəcəyinə dair proqnozlar var. Əlbəttə, dollar dəyər qazandıqca digər valyutalar dəyər itirir. Azərbaycan manatının mövcud vəziyyət qarşısında dayanıqlılığını qoruyub-qoruya bilməyəcəyi isə iki amillə bağlıdır.

“FED bunun ilin sonunadək davam edəcəyini açıqlayıb. Hətta növbəti il də FED-in faizlərdə müəyyən artıma gedəcəyinə dair proqnozlar var. Əlbəttə, dollar dəyər qazandıqca digər valyutalar dəyər itirir. Azərbaycan manatının mövcud vəziyyət qarşısında dayanıqlılığını qoruyub-qoruya bilməyəcəyi isə iki amillə bağlıdır.

Bunlardan biri xarici faktordur. Bəllidir ki, Azərbaycana dollar axınının əsas mənbəyi neft və qazdır. Hazırda dünyada bir sıra səbəblərə, xüsusilə Rusiya-Ukrayna müharibəsinə görə siyasi-iqtisadi qeyri-müəyyənlik var. Ona görə də neftin qiyməti daha yüksəkdir. Neftin qiymətinin yüksək olması isə Azərbaycana valyuta axınının gözlənəndən daha çox olmasına gətirib çıxarır. Nəticədə manat öz dayanıqlılığını qoruya bilir. Bundan sonrakı mərhələdə neftin qiymətinin eyni şəkildə yüksək səviyyədə qalıb-qalmayacağı isə bir qədər şübhəlidir. Çünki böyük iqtisadiyyatların, xüsusilə ABŞ iqtisadiyyatının resessiyaya gedəcəyinə dair ciddi proqnozlar var”.

Mütəxəssis diqqətə çatdırıb ki, resessiya olacağı təqdirdə bu, dünyada neftin qiymətinə mənfi təsir göstərəcək:

“Neftin qiyməti düşdükdə isə bu, birbaşa Azərbaycanın dollarla olan gəlirlərinə mənfi təsir edəcək. Nəticədə manatın dollar qarşısında dəyərdən düşməsi kimi məsələ gündəmə gələ bilər. Amma bütün bunlar şərtlərdən asılıdır”.

Həmsöhbətimiz bildirib ki, Mərkəzi Bankın pul və valyuta siyasəti də bu məsələdə əhəmiyyətli rol oynayacaq:

“Digər əsas amil isə daxili faktordur. Daxildə Mərkəzi Bankın pul və valyuta siyasəti də bu məsələdə əhəmiyyətli rol oynayacaq. Çünki bizdə uzun müddətdir ki, manatın dollar qarşısındakı dəyəri sabit kurs halındadır. Bu il neftin yüksək qiymətləri hesabına həm Dövlət Neft Fondunun vəsaitlərində, həm də Mərkəzi Bankın valyuta rezervlərində artım var. Valyuta rezervlərinin artması, dollarla gəlirlərin yüksək olması isə qismən rahatlığa səbəb ola bilər. Lakin ABŞ iqtisadiyyatında resessiya, neftin qiymətinin düşməsi və digər qeyri-müəyyənliklər bütün hallarda manatın dəyəri üzərində təzyiq yarada bilər”. (oxu.az)

24 saat“Manatın ucuzlaşması təkrar gündəmə gələ bilər” – AÇIQLAMA/FOTO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button