2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Manatla bağlı “PİS RESEPT” işə düşüb

Azərbaycanda manatın taleyi ilə bağlı yeni “pis resept” işə düşüb. Söhbət ölkədə idxalın azaldılması hesabına dollara tələbatın aşağı salınması və manatın məzənnəsinin stabilləşdirilməsindən gedir.

Fevral ayında “Standard and Poor’s” agentliyi də Azərbaycanla bağlı hesabatında dollara tələbatın idxalın aşağı düşməsi hesabına azalacağını, manatın məzənnəsində stabilləşməyə şərait yaradacağını bildirmişdi. Ekpsertlər bunu manatın məzənnəsinin stabilləşdirilməsi üçün “ən pis resept” hesab edirlər. İdxalla bağlı açıqlanan son rəqəmlərlə isə artıq bu prosesin başladığını göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, 2017-ci ilin dörd ayında Azərbaycanın idxal əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 430 milyon dollar azalıb. 2016-cı ilin ilk 4 ayında idxal əməliyyatları üzrə 2 milyard 594 milyon ABŞ dollarlıq ticarət həcmi qeydə alınıb.

Komitə sədrinin sözlərindən belə çıxır ki, bu ilin yanvar-aprel aylarında idxal 16,6 faiz azalaraq 2 milyard 164 milyon dollara düşüb. Bəs manatla bağlı “pis resept” bizə nə vəd edir?

İdxalın uzunmüddətli azaldılması necə nəticələnəcək?

İqtisadçı-ekspert Rəşad Həsənov Fins.az-a bildirib ki, hazırda idxalın bu şəkildə azalmasına dəstək olan iki faktordur. Birincisi, əhalinin alıcılıq qabiliyyətinin və biznesin aktivliyinin aşağı düşməsidir. İkincisi isə dövlət vəsaitləri hesabına idxala məhdudiyyət qoyulmasıdır.

“Əvvəlki illərdə iri layihələr, biznes tərəfdən böyük proyektlər həyata keçirilirdi. Tikinti şirkətləri yaranırdı ki, bu şirkətlər ölkəyə il ərzində yüzlərlə texnika və avtomobil idxalı həyata keçirirdi. İndi isə tikinti sektorunda durğunluqdur. Lizinqlə satışlarda məhdudiyyətlər var”.

Digər tərəfdən, ötən il Prezident İlham Əliyevin fərmanı ilə 2018-ci ilin yanvar ayının 1-nə qədər dövlət büdcəsi hesabına idxala məhdudiyyət tətbiq edilməyə başlayıb. Dövlət büdcəsi hesabına xaricdən idxal yalnız zəruri hallarda ölkə başçısı ilə razılaşdırılması şərtilə mümkündür. Yəni, dövlət vəsaitləri hesabına idxala yönəldilən xərclər demək olar ki, yoxdur.

Ekspert hesab edir ki, sadalanan amillər idxalın azaldılması ilə tədiyyə balansının stabilləşdirilməsi qısamüddətli dövrdə effektiv ola bilər. Ancaq orta və uzunmüddətli dövrdə bunu davamlı olaraq qoruyub saxlamaq mümkün deyil.

“İdxalı davamlı azaltmaq olmaz. Çünki Azərbaycan lazım olan məhsulları hardansa idxal etməlidir. Prosesin uzun müddət qarşısı alınarsa, son nəticədə layihələrin, önəmli proyektlərin icrası üçün müəyyən qədər problem yarana bilər”.

İdxalın azaldılması istehsal mühitinin inkişaf etdirilməsi daxili tələbatın daxili istehsal hesabına ödənilməsi ilə baş versəydi, bu pozitiv tendensiya ola bilərdi. Amma idxalın azalması prosesi qeyd edilən adminstrativ yollarla, əhalinin alıcılıq qabiliyyətini itirməsi ilə baş verirsə bu əslində neqativ proseslərin nəticəsi olaraq ortaya çıxacaq:

“Hazırda isə yerli istehsalla bağlı müsbət dönüş hiss edilmir. Əksinə yerli istehsal günü-gündən azalır”.

R.Həsənov deyib ki, uzunmüddətli perspektivdə, yəni qarşıdakı 2 il ərzində idxalın azaldılması davam edərsə, bunun prosesə təsiri itəcək və yenə də tədiyyə balansında disbalansın yaranmasına gətirib çıxaracaq. Ümumilikdə isə ekspert idxalın bundan sonra da davamlı azalacağına və bunun ticarət saldosunda müsbət dəyişikliyə gətirib çıxaracağına inanmır.

“Ticarətdə müsbət saldo daha çox neftlə bağlıdır”

Onun sözlərinə görə, hazırda ticarət balansında müsbət tendensiya neftin noyabr ayından sonra baha qiymətə satılmasından qaynaqlanır: “Yəni, bu neftin qiymətinin yaratdığı əlavə daxilolmadan qaynaqlanan müsbət tendensiyadır”.

Neftin qiymətlərində stabillik isə müvəqqətidir: “Məsələn, OPEC ölkələri razılığa gələ bilməsələr neftin qiymətinin 35 dollara düşəcəyi proqnozlaşdırılır. Belə olan halda neftdən daxil olmalar milyard manatdan artıq azala bilər. Bu isə yenidən disbalans riski yaradır”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button