2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“Mançester Yunayted” və “Şalke” 1/8 finalda, “Fənərbağça” dayandı

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.Bu dəfə matçlar 2 günü əhatə edəcək.

İlk oyun günündə 3 qarşılaşma baş tutub. İstanbulda “Fənərbaxça” “Krasnodar”ı, Almaniyada “Şalke” PAOK-u, Fransada isə “Sent Etyen” “Mançester Yunayted”i qəbul edib.

Belə ki, ilk oyunlarda 3:0 hesabı ilə qələbə qazanmış “Şalke” və “Mançester Yunayted” üçün qarşılaşmalar formal xarakter daşıyırdı. Almanlar doğma meydanda 1:1 hesablı heç-heçəyə rəğmən növbəti mərhələyə yüksəlib.

Saytların yığılması Saytlarin yigilmasi

“Qırmızı şeytanlar” isə səfərdə də evdə olduğu qələbə qazanıblar. Joze Mourinyonun yetirmələri bu dəfə tək qola seviniblər.

İstanbuldakı ölüm-qalım savaşında isə “Fənərbağça” uduzub. Rusiyada 0:1 hesabı ilə məğlub olan “sarı bülbüllər” doğma azarkeşləri qarşısında hesabda geri düşüblər. İlk hissənin sonlarında bərabərlik əldə olunsa da, bu, növbəti mərhələ üçün kifayət etməyib.

Avropa Liqası
1/16 final mərhləsi, cavab oyunları

22 fevral
“Fənərbağça” (Türkiyə) – “Krasnodar” (Rusiya) – 1:1
Qollar: Jozef de Souza, 42 – Smolov, 8
Baş hakim: Pavel Raçkovski (Polşa)
İlk oyun – 0:1

“Şalke” (Almaniya) – PAOK (Yunanıstan) – 1:1
Qollar: Şof, 23 – Nastasiç, 25 (öz qapısına)
Baş hakim: Luka Banti (İtaliya)
İlk oyun – 3:0

“Sent-Etyenn” (Fransa) – “Mançester Yunayted” (İngiltərə) – 0:1
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
İlk oyun – 0:3

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button