2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Mariya Antuanetta sindromu

İnqialb nətiçəticəsində edam olunmuş kraliça Mariya Antuanettanın adı verilmiş sindroma həm elmdə, həm də siyasi mətinlərdə rast gəlinir.

Böyük Fransa İnqilabından sonra Konvent devrilmiş kral XVI Lüdoviki və onun həyat yoldaşı kraliça Mariya Antuanettanı edama məhkum edir. Konventin bu qərarı ertəsi gün icra olunur. Kraliça Mariya Antuanettanın başı gilyotinin üzərinə qoyduqda ətrafdakılar kraliçanın saçlarının bir gecənin içərisində tamamilə ağardığını görülər. Bundan sonra qısa müddətdə saçların ağarması Mariya Antuanetta sindromu adlandırııb. Tibb elmi inkişaf etdikdən sonra insanın saçlarının bir gün içərisində ağaırmasının elmi izahı verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Siyasi çıxışlarda Mariya Antuanetta sindromu isə iqtidar sahiblərinin xalqın vəziyyətindən tamamilə xəbərsiz olması və qeyri-adekvat reaksiya vermələri mənasında işlədilir. Rəvayətə görə Parisdə xalq etirazları başlayanda kraliça Mariya Antuanetta üsyançıların nə istədiyi ilə maraqlanır. Kraliçaya cavab verirlər ki, xalq yeməyə çörək tapmır. Real həyatdan xəbərsiz kraliça isə cavab verir ki, “çörək tapmırlar, pirojna yesinlər”.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin plenar iclasında “Nağdsız hesablaşmalar haqqında” qanunun ilk oxunuşda müzakirəsi zamanı belə deyib: “Adam var kartına maaş yüklənən kimi bankomata qaçır ki, pulu çıxartsın. Belələrinə başa salmaq lazımdır ki, kartdakı pul da sənindir”.

Aydın görünür ki, Siyavuş Novruzov “Mariya Antuanetta sindromu”na yoluxub və kartına maaş yüklənən kimi bankomata qaçan insanların həyatından tamamilə bixəbərdir. İqtidarın əsas sözçüsü kimi çıxış edən Siyavuş Novruzovun kartına maaş yüklənən kimi bankomatı qaçan insanları nəzərdə tutaraq “Belələrinə başa salmaq lazımdır ki, kartdakı pul da sənindir” ifadəsi isə kraliça Mariya Antuanettanın , “çörək tapmırlar, pirojna yesinlər” fikirindən mahiyyətcə fərqlənmir və iqtidar sahiblərinin ölkənin real vəziyyətindən tam xəbərsiz olduqların göstərir.

Xəqani Cəfərli

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button