Xəbərlər

Mariya Zaxarova: “Rusiya Ermənistan-Türkiyə münasibətlərinin bərpasına kömək edəcək”

Loading...

Bakı/25.11.21 Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması regionda vəziyyətin sağlamlaşdırılmasına xidmət edəcək. Rusiya buna kömək etməyə hazırdır. Bu barədə Rusiya Xarici  İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova cümə axşamı brifinqdə deyib.

“Ölkəmiz bundan sonra da buna hər cür yardım göstərməyə hazırdır. Bu prosesin başlanması şübhəsiz ki, regionda vəziyyətin ümumi sağlamlaşmasına və mehriban qonşuluq, etimad mühitinin formalaşmasına səbəb olardı ki, bu da indi xüsusilə aktualdır”, – Zaxarova deyib.

Hər hansı praktiki məqamlar yarandığında, Xarici  İşlər Nazirliyi bu barədə məlumat verəcək, təbii ki, əgər prosesin həssaslığı nəzərə alınmaqla informasiya ona zərər vurmayacaqsa, o qeyd edib.

Bundan öncə Ermənistan Xarici  İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib ki, erməni tərəfi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına hazırdır. -02D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button