2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Martın 27-dək məktəblərdə dərs olmayacaq Cəmiyyət

Azərbaycanda koronavirus təhlükəsinə görə uşaq bağçaları, orta və ali məktəblərdə tətil müddəti martın 27-dək uzadılır. Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumatda belə deyilir.

Nazirlər Kabinetinin sərəncamına əsasən koronavirusa yoluxma hallarının qarşısının alınması və bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi məqsədilə martın 10-dan 20-dək tədris prosesi dayandırılır. Daha sonra Azərbaycanda Novruz bayramı ilə bağlı tətil başladığı üçün məktəblilər və tələbələr daha 7 gün evdə qalacaqlar. İlk tədris günü mart ayının 27-si müəyyən edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Daha öncə martın 3-dən 9-dək təhsil müəssisələrində tətil elan edilmişdi.

Azərbaycanda teatrlar, mədəniyyət ocaqları da martın 27-dək fəaliyyətini dayandırır, bayram günlərində tamaşa və şənliklər olmayacaq.

Azərbaycanda rəsmi məlumata görə koronavirusa 9 nəfər yoluxub. Onların vəziyyətinin kafi olduğu, hələlik ölüm faktının qeydə alınmayıb.

Koronavirusa yoluxma təhlükəsinə görə paytaxt Bakının teatr və digər mədəniyyət ocaqlarında uşaqlar üçün Novruz şənlikləri keçirilməyəcək. Bu barədə Mədəniyyət Nazirliyindən bidiriblər.

Mədəniyyət naziri Əbülfəz Qarayev bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb. Teatr və konsert müəssisələrinin fəaliyyətini martın 27-dən sonra davam etdirəcəkləri deyilir.

Contact.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button