2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Maşallah Əhmədov azadlığa buraxıldı

“Neftçi” klubunun veteran futbolçusu Maşallah Əhmədov dünən, oktyabrın 7-də azadlığa buraxılıb.

Bu haqda “Azadlıq” radiosuna futbolçunun oğlu Tərlan Əhmədov məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Oğlunun sözlərinə görə, atası ona verilmiş iki illik həbs cəzasının bir hissəsini çəkdiyindən məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Tərlan Əhmədov deyir ki, atasının səhhətində ciddi problemlər var:

“Atam böyrək ağrılarından əziyyət çəkir və bir müddət müalicə olunmalıdır”

Xatırlatma

Maşallah Əhmədov bir neçə nəfərdən biznes məqsədi ilə pul alıb qaytarmamaqda suçlanır.

O, 2015-ci il dekabrın 14-də CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham edilərək həbs olunub.

Amma bir müddət sonra ev dustaqlığına buraxılıb. Veteran futbolçu istintaq vəişinə məhkəmədə baxılan dövrdə həbsdə olmayıb.

2017-ci il yanvarın 30-da hökm elan olunanda məhkəmə zalında həbs olunub. Ona 8 il həbs cəzası verilib. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsi cəzanı 2 ilə endirib.

Maşallah Əhmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən o, zərərçəkmişlərdən bir neçəsinin pulunu qaytarıb.

Ən böyük məbləğin zərərçəkən Yusif Əzizova aid olduğu bildirilib.Bu məbləğ 128 min manat göstərilib. Onun pulu qaytarılmayıb. Ona görə də məhkəmənin sonundaM. Əhmədovdan yeganə şikayətçi Əzizov qalıb.

Əzizov bu məbləğin tam ödənilməsini tələb edirdi. Maşallah Əhmədov isə zərərçəkmişin məbləği şişirtdiyini bildirirdi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button