2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Maşallah Əhmədov hәbsdәn buraxıldı

SSRİ dövründə “Neftçi” klubunda çıxış edən veteran futbolçu, bu ilin yanvarından həbsdə olan Maşallah Əhmədov dünən azadlığa buraxılıb. Əvvəlcə 8 il azadlıqdan məhrum edilən, sonra isə apellyasiya məhkəməsində cəzası 2 ilə qədər azaldılan Maşallah Əhmədovun bu cəzanın üçdə birini çəkib.
Veteran futbolçunun oğlu deyib ki, atası iki gündür evdədir. O həmçinin atasının səhhətində problemlər olduğunu bildirib.
Maşallah Əhmədov bir neçə nəfərə qarşı dələduzluq etməyə görə həbs olunmuşdu. O, müxtəlif adamların polis idarəsinə şikayətindən sonra 2015-ci il dekabrın 14-də həbs olunmuşdu. Təxminən bir ay həbsdə saxlandıqdan sonra onun barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı ilə əvəz olunmuşdu.
Maşallah Əhmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Məhkəmə dörd aya qədər çəkdi və sonda 2017-ci il yanvarın 3-da futbolçu 8 il azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs olundu. Zərəçəkmişlərin əksəriyyəti sonradan Maşallah Əhmədova qarşı şikayətini geri götürsə də, veteran futbolçunun birlikdə İrandan mərmər daş və plitələr gətirdiyi şəriki iş adamı Yusif Əzizov sona qədər ondan şikayətçi oldu. O hətta Maşallah Əhmədova verilmiş 8 illik cəzanı da yüngül hesab edir, onun ağırlaşdırılmasını tələb edirdi. Ona görə də Maşallah Əhmədovla yanaşı, Yusif Əzizov da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti vermişdi.
Yusif Əzizov bildiridi ki, Maşallah Əhmədov onu həm İrandan gətirilən daşlar məsələsində aldadıb, həm də oğlunu SOCAR-a işə düzəltmək adı ilə 15 min pul alıb, amma nə pul qayıdıb, nə də iş düzəlib.
Futbolçu isə Əzizovun özünün dələduz olduğunu və yalan danışdığını, İrandan gətirilən daşlara verilmiş pullarla bağlı məbləği şişirtdiyini deyirdi.
Sonda apellyasiya məhkəməsi Maşallah Əhmədovun cəzasını 8 ildən 2 ilə saldı.
Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button