2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Maşallah Əhmədov məhkəmədən yenə vaxt istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədov yenə son söz deməkdən imtina edib.

O, 45 min manat pul gətirdiyini və onu zərərçəkmiş Yusif Əzizova vermək istədiyini bildirib: “Mənə ayın 30-na qədər vaxt verin, fikirləşim. Pul tapmaq asan deyil. Bu pulları da zorla tapmışam. Kimsə Yusifi öyrədib, ona görə də bizdən bu qədər pul tələb edir”.

Saytların yığılması Saytlarin yigilmasi

Yusuf Əzizov isə həmin məbləğlə razılaşmadığını söyləyib. Hakim Maşallah Əhmədova bildirib ki, ona daha əvvəl 20 gün vaxt verilib.

Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov çıxışında atası üçün məhkəmədən vaxt istəyib: “Bizə vaxt verin. Hazırda üstümüzdə olan 45 min manatı zərərçəkmişə təqdim edirik. İmkanımız budur. Bizim ancaq 65 min manat düzəltmək imkanımız var”.

Zərərçəkmiş isə yenə həmin məbləğlə razılaşmayıb: “128 min manatımı versin, əgər vermirsə hökm oxunsun”.

Hakim bildirib ki, məhkəmə Maşallah Əhmədovun çıxışını son söz kimi qəbul edib.

Proses yanvarın 30-da davam edəcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Maşallah Əhmədovun 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Maşallah Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. 1977-ci ildən “Neftçi” klubunda oynayıb. 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. (teleqraf)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button