2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Maşallah Əhmədov son sözdən imtina etdi; ona 1 gün vaxt verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M.Əhmədov son söz deməkdən imtina edib.

O, zərərçəkmiş Yusif Əzizova 50 min manat və 2 illik maaşını təklif edib: “Xahiş edirəm ki, işin düzələn tərəfinə gedək. Ayda 500 manat maaş alıram”.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim isə M.Əhmədovun yalan danışdığını bildirib.

M.Əhmədov yalan danışmadığını söyləyib: “Günün birinci yarısına qədər işi həll edəcəm. Mənə vaxt verin. Sabaha qədər 50 min manat verə bilərəm. Qalan məbləği isə 2 illik maaşımla verəcəm. Allaha and olsun ki, ondan bir qəpik də pul almamışam. Pul daşlara qoyulub”.

Y.Əzizov isə ümumilikdə 128 min manat pulu tələb edib: “Mən ona vaxt verərəm. Amma şərtim budur ki, evini girov qoysun, ona razıyam. Lakin Maşallah Əhmədovun təklifi ilə razı deyiləm. Mən öz şəxsiyyətimi və qürurumu həmin puldan üstün tuturam. 1000 gündür mən ona yalvarıram ki, pulumu qaytar”.

Məhkəmə M.Əhmədova 30 dəqiqə vaxt verib.

Fasilədən sonra davam etdirilən prosesdə M.Əhmədov sabaha qədər vaxt istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 25-nə təyin edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında M.Əhmədovun 9 il nüddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button