2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Maşallah Əhmədovun məhkəməsi başladı

Dələduzluqda təqsirləndirilən veteran futbolçu məhkəməsində jurnalistlərin iştirak etməsini istəmir

Azərbaycanda futbol sahəsində ən tanınmış simalardan olan “Neftçi”nin veteran futbolçusu Maşallah Əhmədov bu gün məhkəmə qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində veteran futbolçunun mühakiməsi başlayıb. O, CM-nin 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Dələduzluqda təqsirləndirilən Maşallah Əhmədov məhkəməsində jurnalistlərin iştirak eləməsini istəmir. İşə.baxan hakim Mirzə Xankişiyev onun istəyini nəzərə alaraq, məhkəmədə jurnalistlərin iştirakına icazə verməyib. Maşallah Əhmədov ötən il dekabrın 14-də saxlnılıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində ilkin istintaq müddəti üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan məhkəmə qətimkan tədbirini dəyişib və həbs ev dustaqlığı ilə.əvəz olunub. Cinayət işinin materiallarına görə, “Neftçi”nin keçmiş futbolçusu bizneslə məşğul olub. O, Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button