2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Masallıda ilahiyyatçının məhkəməsi başlayıb

Dünən Masallı rayon Məhkəməsində Cinayət Məcəlləsinin 168-1.3-cü (dini mərasimlərin idarə edilməsi tələblərinin pozulması) maddəsi ilə ittiham olunan ilahiyyatçı Sərdar Babayevin işi üzrə proses başlayıb.

Babayev bildirib ki, ittihamın mahiyyəti ona aydın deyil.

Saytların yığılması Saytlarin yigilmasi

“Qanunlar Avropa standartlarına əsaslanırsa, Avropanın bütün qabaqcıl ölkələrində, Amerikada cümə günləri cümə namazları qılınır. Bir çox yerlərdə namazları mənim də məzunu olduğum beynəlxalq universitetin məzunları qıldırır”, deyən Babayev xaricdə təhsil aldığı üçün cümə namazlarını qıldıra bilməyəcəyi haqqında ittihamın əsassız olduğunu vurğulayıb.

Babayev qeyd edib ki, o, xaricdə ali məktəbi 2000-ci ildə bitirib, yuxarıda qeyd edilən məhdudiyyət isə 2015-ci ildə tətbiq edilib. “Qanunun geriyə təsiri yoxdur”, deyə o xatırladıb.

Vəkil Cavad Cavadov prosesdə audio və videoçəkiliş aparılması, Babayevin müdafiəçilərinin yanında oturmasına icazə verilməsi haqqında vəsatət qaldırıb. Dövlət ittihamçısı vəstətlərə etiraz etməyib. Hakim Anar Alməmmədov vəsatətləri növbəti iclasa qədər baxılmamış saxlayıb.

Digər vəsatətlər qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, işin ibtidai istintaqa qaytarılması ilə bağlı olub. Prokuror vəsatətlərə etiraz edib və hakim onları təmin etməyib.

İlahiyyatçını məhkəmədə Cavad Cavadovla yanaşı tanınmış vəkillər Yalçın İmanov, Osman Kazımov və Nemət Kərimov da müdafiə edir.

Növbəti iclas mayın 25-də keçiriləcək.

Babayevin işi üzrə proseslə əlaqədar yüzə yaxın dindar məhkəmə binasının qarşısına gəlib. Amma polis onların toplaşmasına imkan verməyib və onları dağıdıb. Bir neçə nəfər saxlanılıb. “İslamın səsi” saytının baş redaktorunun diktafonu və kamerası əlindən alınıb, səs və görüntülər silindikdən sonra geri qaytarılıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button