ÖLKƏ

Masallının icra başçısından prezidentə şikayət olundu – Savash.org

Loading...


”Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun fəaliyyətsizliyi nəticəsində ciddi sosial problemlərimiz yaranıb. İcra başçısı müraciətlərə cavab vermir. Prezidentin tapşırığı ilə yerlərdə əhalini qəbul edən mərkəzi icra hakimiyyəti rəhbərlərinin də qəbulunda ola bilmirik”.
Bu sözlər bir qrup Masallı rayon sakininin Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirilir. Sakinlərin sözlərinə görə, dövlət başçısına etdiyi müraciət Prezident Administrasiyasının Masallı üzrə təhkimçi Vəfadar Bağırov tərəfindən araşdırılmır: ”V.Bağırov şikayətlər barəsində icra başçısı R.Hüseynova məlumat verməklə işini bitmiş hesab edir”.
Şikayətçilər onu da bildirirlər ki, dəfələrlə mərkəzi icra hakimiyyəti qurumlarına şikayət etsələr də, şikayətləri şikayətçi olduqları icra başçısına ünvanlanır. Nəticədə şikayətdə göstərilən problemlər həll olunmamış qalır. Sakinlər işsizlik, yolsuzluq və kommunal xidmətlər sahəsində problemlərdən narahatlıqlarını ifadə edirlər.

bizimyol





Savash.org

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button