2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Masazırda “Kamaz” “Opel”ə çırpılıb

Abşeron rayonunun Masazır qəsəbəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə “Kamaz” markalı yük maşını ilə “Opel”in toqquşması nəticəsində qeydə alınıb.
Qəzaya yük maşınının dairədə yol hərəkəti nişanının tələbinə əməl etməməsi səbəb olub. Yoluna davam edəb “Kamaz” nəticədə qarşısına çıxan “Opel”i vuraraq kənara atıb, özü isə körpünün altındakı dirəyə çırpılıb.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Bilalov Orxan Füzuli oğlu, onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Bilalzadə Günay İlqar qızı və onların azyaşlı qızı, 2014-cü il təvəllüdlü Bilalzadə Ayşən Orxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. “Kamaz”ın sürücüsü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button