2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sağlam Həyat

Maska peyvənddən daha qoruyucudur?

Maska peyvənddən daha qoruyucudur?

Maska koronavirusa qarşı peyvənddən daha qoruyucudur.

e-tibb.az xəbər verir ki, bunu ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) direktoru Robert Redfield açıqlayıb: “Maskanın koronavirusdan qoruyucu olduğuna dair ciddi dəlillərimiz var. Hətta deyə bilərəm ki, maska virusdan qorunmaq nöqteyi-nəzərindən peyvənddən daha zəmanətlidir”.

ABŞ Konqresində keçirilən dinləmələrdə iştirak edən Mərkəz direktoru deyib ki, pandemiya hələ də davam edir, peyvənd tapılsa belə, bir gecədə virusun qarşısını almaq mümkün olmayacaq. Ona görə də virusdan qorunmaq üçün tədbirlərin görülməsi çox önəmlidir. Maskalarının son dərəcə vacib olduğunu vurğulayan R.Redfield peyvəndin hamı üçün eyni dərəcədə təsir edə bilməyəcəyini bildirib: “Amma maska onu düzgün istifadə edən hər kəsi qoruya bilir”.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, maskalar hazırda əlimizdə olan ən vacib və güclü ictimai sağlamlıq vasitəsidir və hamı virusdan qorunmaq üçün maskalardan istifadə etməlidir.

 



24 saat” “Maska peyvənddən daha qoruyucudur?” başlıqlı yazını “e-tibb”az saytına istinadən dərc edib

Sağlam Həyat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button