2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Maya Yaqublu: “Mən Tofiqə necə deyim, vətənini sevmə?”

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü, xuliqanlıqda ittiham olunan Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu müsahibə verib.

Maya xanım, yenə Tofiq Yaqublu həbsdədir, yenə onu azadlıqdan məhrum etmə təhlükəsi gözləyir, rəsmi ittiham irəli sürülüb. Alışdınızmı bu duruma, yoxsa bu qədər həbslərdən yoruldunuz?

Saytların yığılması Saytlarin yigilmasi

– Tofiq bəy həmin gün – martın 22-də heç nə etmədi. O, haqq yolundadır, sözün düzünü deyən, millətini, vətənini sevən insandır. Tofiq bəydən narazı deyiləm. Hakimiyyət onun tənqidinə dözə bilmir. Onun səsini belə kəsirlər. Tofiqi tutdunuz, Tofiq kimi yüzləri var, sözlərini deyəcəklər.

Onun həbsini gözləyirdinizmi? Ötən il 19 oktyabr aksiyasından sonra inzibati qaydada həbs cəzası alan yoldaşınız orda övladları, ailəsi ilə hədələndiyini iddia etmişdi.

– Hər vaxt gözləyirdik ki, bu hakimiyyət bizə nəsə edə bilər. 19 oktyabrda onun özünü tutdular, ağır işgəncələr vermişdilər, təhdid etmişdilər, övladlarıyla təhdid etmişdilər. Bu qanuna sığan iş deyil ki, siyasətçini övladları ilə hədələyəsən, bu yoldan çəkindirməyə çalışasan. Millətin dərdini çəkən insanı niyə ailəsiylə təhdid etməlidirlər? O, səhv idi. Amma dedikləri kimi də etdilər. Demişdilər ki, bu yoldan çəkinməsən oğlunu da o biri qızının arxasınca göndərəcəyik. Belə haqsızlıq, belə vicdansızlıq olarmı? Bir ana kimi bu təhdidləri eşitmək mənim üçün çox qorxulu, həm də çox ağır idi. Mən bir övladımı itirmişəm. Onun dərdini çəkə bilmirəm, yoldaşım da, mən də o dağı, o yükü daşıya bilmirik. O ki qala o biri övladlarımızla bizi təhdid etsinlər…

Dediniz ki, təhdidləri eşitmək qorxulu və ağır idi. O zaman Tofiq bəyə «Bəlkə siyasi fəaliyyətinə, tənqidi çıxışlarına ara verəsən» deyib onu çəkindirmək istədinizmi?

– Tofiq heç nə etmədi. Onlar tutmağı da bacarmadılar, kişi kimi tuta bilmədilər. Sən bazara gedən, ailəsinə azuqə alan insanın durduğu yerdə maşınını vur, şərlə… Özüm orda olmasam deyərdim ki… Nə bilim… Tofiq qarışqanı ayaqlayacaq adam deyil. O ki qala onları təhdid etsin, hücum çəksin. Onun nə təbiəti, nə də tərbiyəsi buna imkan verər. Onu, sadəcə, şərlədilər, ssenari üzrə həbs etdilər.

Siz özünüz hadisənin şahidi olmusuz. Nə baş verdiyini qısaca danışa bilərsiniz?

– O qadını (T.Yaqublunun avtomobilini vurduğu iddia edilən sürücünün həyat yoldaşını nəzərdə tutur –A.R.) maşından zorla araladım. Az qalırdı şüşəni qırıb Tofiqi içəridə boğa. Dedim: «Ay qız, tərbiyən olsun, atan yaşında kişidir, neynirsən?». Tofiq dedi ki, bunu qəsdən edirlər, bunlar məni təxribata çəkirlər, məni tutdurmaq istəyirlər. Mənə də bir az təpindi: «Sənə deyirəm, polis gələnə kimi keç maşında əyləş». Qəza olanda polis iki saata güclə gəlir, bu hadisə vaxtı polis 2 dəqiqə keçməmiş ora gəldi. Onlar gələndə Tofiq də düşdü ki, «mən maşını tərpətməmişəm, burda durmuşdum, o məni vurdu». Polis də baxdı. Amma nə bir sığortadan, nə də yol polisindən kimisə çağırdılar. Heç araşdırmadılar ki, maşının vurulmasında kim günahkardır. Polis qabaqda oturdu, Tofiqə də dedi: «Sür şöbəyə!». Orda da özünü içəri apardılar. Bir müddət sonra aşağı düşdü, telefonu mənə vermək istədi. İnanırsınız necə cumdular, telefonu əlimdən aldılar. Mənim özümü şöbədə köşk vardı, ora saldılar… Yaxşı, tutalım, yoldaşım qəza törədib, mənim çantamı niyə axtardınız, telefonumu əlimdən aldınız? Yəni, hadisə yerində birdən nəsə kadr çəkilər, onları silmək üçün etdilər.

Rəsmi ittihamda deyilir ki, Tofiq Yaqublu sürücünü vintaçanla vurub, ona xətər yetirib. Sürücü Elxan Cəbrayılov özü və yoldaşı isə KİV-ə müsahibədə yaranın izini də göstərdilər.

– Nə yaxşı elə vintaçan da ordaydı? Tofiq adam vurandı? Tofiq o tərbiyənin sahibi deyil. Vintaçan da baqajda olur. Kim yanında saxlayır vintaçanı? Necə oldu Tofiq maşını açdı, baqajdan vintaçanı çıxartdı, bunları döydü? Özü də Tofiq onun yarısı boydadır.

Həmin sürücü də, yoldaşı da danışanda bədənlərində xəsarət izlərini göstərdilər. Onların iddiasına görə, həmin xəsarətləri Tofiq bəy yetirib.

– Hadisə baş verən zaman orda olanlar dedilər ki, bu adamlar ər-arvad deyil. Bu işlə məşğuldurlar, yəni, işverəndirlər. Qadın tərbiyədən kənar sözlər işlətdi, mən Azərbaycan qadınında elə hərəkət görməmişdim. Aqressiv idi. Tofiq də dedi ki, bunlar təxribatçıdır, məqsəd də məni cərimələməkdir, saxlamaqdır. Biz elə bildik, onu cərimələyəcəklər. Ancaq ən ağır cəzanı – 221.3 maddəsini, xuliqanlıq ittihamı verdilər. Sözün düzünü deyənə xuliqanlıq verdilər. Nə oldu müxalifətçilərin hamısı xuliqan olur, narkoman olur? Bütün dünya bilir ki, şərləmək üçün başqa bəhanə tapa bilmirlər…

Azadlıq Radiosu

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button