2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Maya Yaqublu: “Ölsək də, Tofiqlə birgə öləcəyik”

Yayımlandı: 8 Yanvar 2023 20:15

Saytların yığılması Saytlarin yigilmasi

“Hansı ailənin qadını həyat yoldaşını o vəziyyətdə görsə, elə pis təsir edər. Mənə də elə… Hər dəfə mənim ailəmə hücum olunur, hər dəfə”.

Həbsdə aclıq aksiyası keçirən siyasətçi Tofiq Yaqublunun həyat yoldaşı da ona dəstək olaraq aclığa başlayıb. İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində yoldaşını aclıqdan yorğun düşmüş görən Maya Yaqublu düşdüyü çarəsiz vəziyyətdən aclıq etirazı ilə çıxmağa çalışır. Deyir, ac qalmaq qərarını elə görüşdə ikən verib, amma Tofiq Yaqublunu nigaran qoymamaq üçün bunu ona deməyib. 

“Tofiq Yaqublunu görəndə şoka düşdüm. Hədsiz dərəcədə arıqlayıb. O, elə bir insandır ki, xəstə də olsa, heç vaxt ağrısını büruzə verməz. Ac da qalsa, deməz ki, mən ac qaldım. Elə möhkəm insandır, amma gördüm ki, nə vəziyyətdədir…”.

Tofiq Yaqublu 23 dekabrda Bəxtiyar Hacıyevə azadlıq tələbilə keçirilən aksiyada həbs edilən yeganə etirazdır. O, xuliqanlıqda ittiham edilərək 30 sutkalıq inzibati həbs cəzası alıb. Yaqublu qanunsuz həbsi və hüquqlarının pozulmasına etiraz olaraq, yanvarın 5-dən aclığa başlayıb. 

“Tofiq Yaqublunun istəyi yerinə yetirilməyənədək aclıq edəcəyik. Ölsək də, bərabər ölərik. Bütün dünya da bilər ki, diktator hakimiyyəti bir ailəni məhv elədi. Söz azadlığının, haqq sözünü deməyinin üstündə məhv elədi”.

“İlham Əliyev, sən gedəcəksən və getməlisən. Buradan sənə səslənirəm. Get! Get! Get! Gedəcəksən sonunda, gedəcəksən…”

“Düz 10 ildən çoxdur ki, mən türmələri gəzirəm. O təcridxana qalmayıb ki, mən ora ayaq döyməyim. Bir ailəyə nə qədər zülm eləyərsən? Kim dözər? Özləri dözərmi? Nə qədər şərlənib tutulasan? Nə qədər böhtan atılar? Tofiq Yaqublunu xuliqanlıqla içəri saldın. Xuliqan özləridir, bala”.

Tofiq Yaqublunun aclıq aksiyasına həmçinin siyasi fəallar da qoşulub. Onlar Yaqublunu azadlıqda görmək istəyirlər.

“Evdə idim, gördüm, Maya xanım ürək dağlayan bir status yazıb. Qərar verdim ki, Tofiq bəyin qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyasına qoşulum. Həmçinin Yaqublu ailəsi bizim üçün qırmızı xətdir. Bu ailəni tək qoymamaq, ailəyə dəstək üçün aclığa qoşuldum. Biz Tofiq bəyin hüquqlarının bərpa olunmasını istəyirik. Buna qədər də Tofiq bəylə hara qədər lazımdırsa, aclığımızı davam etdirəcəyik” – AXCP üzvü Seymur Əhmədsoy deyir.

Maya Yaqublu artıq həyat yoldaşının həbsdən azad olunacağını gözlədiyi günlərin sayını itirib. Hər dəfə tək qalanda siyasətçi ailəsi hər şeyə dözməlidir deyib özünü təskin edir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button