2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Maybach”la Füzuliyə gedən Manaf Ağayev cəzasını aldı – FOTO/VİDEO

Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar. Onlar ötən gün polisə çağırılmışdı. Polis Manaf Ağayevin və Sənan Hüseynovun barələrində protokollar tərtib edilib. Protokollar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Manaf Ağayev özünə məxsus “Mercedes Maybach” avtomobili ilə Füzuli Aeroportunun qarşısından çəkilmiş videosunu İnstagram səhifəsində yaymışdı. Həmin videoda onu iş adamı olduğu bildirilən dostu S.Hüseynov AA seriyalı “Mercedes”lə müşaiyət edirdi. Əslən Füzulidən olan müğənni doğma torpaqlarına qovuşduğu üçün dualar etmişdi və vətən həsrətli mahnı da oxumuşdu. Lakin video sosial şəbəkələrdə qıcıq doğurub, daha sonra məsələ hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib və indi məşhur müğənni Füzuliyə icazəsiz qovuşduğu üçün 15 sutka həbsdə qalmalı olacaq.

 

24 saat” ““Maybach”la Füzuliyə gedən Manaf Ağayev cəzasını aldı – FOTO/VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button