Now Reading:
Mayda daşınmaz əmlak bazarında canlanma olub

Mayda daşınmaz əmlak bazarında canlanma olub

Bu ilin mayında Azərbaycanda 17 min 251 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Bunun 12 mini təkrar bazara aiddir.

Bu haqda Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında bildirilir.

Komitə qeyd edir ki, 2015-ci ildən aktivlik azalsa da, 2017-ci ilin ilk beş ayında əmlak bazarında canlanma var.

Mayda torpaq sahələrinin mülkiyyət hüququnun qeydə alınmasında (8974) 8,6 faiz artım olub. Çoxmərtəbəli yaşayış binalarında 4246 mənzil ilkin qeydiyyata alınıb. Bu, ötən ilin mayından 27 faiz çoxdur.

Verilən xəbərə görə, qeyri-yaşayış sahələri daha populyardır: mayda 671 qeyri-yaşayış binası qeydiyyata alınıb. Bu, ötən ilin analoji dövründən 53,2 faiz çoxdur.

Ümumilikdə, 5 ayda ölkədə 78 min əmlak dövlət qeydiyyatına alınıb. Əmlakın qeydiyyatının 65.7 faizi regionların payına düşüb.

24saat.org

Mənbə – azadliq.org

Input your search keywords and press Enter.