2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Mayın 19-na olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında mayın 19-da hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 25-30, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Havanın temperaturunun gecə 14-18, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Mayın 20-si axşam, 21-də gün ərzində şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button