Now Reading:
Mayın 22-ə HAVA PROQNOZU

24saat.org ölkə ərazisində mayın 22-nə gözlənilən hava proqnozunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir

Bakıda və Abşeron yarımadasında səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18°, gündüz 25-30° isti, Bakıda gecə 16-18°, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində – 761 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20° isti təşkil edəcək.

Cənub çimərliklərində isə – Türkan, Hövsan, Sahil, Şıxda mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.

Azərbaycanın rayonlarının ayrı-ayrı yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19°, gündüz 28-33° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı gözlənilir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.