2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mayın 22-si bəzi küçələr bağlanacaq

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü – mayın 22-də Bakının bəzi yollarında nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq olunacaq. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi açıqlama yayıb.

Açıqlamaya görə, mayın 22-də Heydər Əliyev prospektinin “Excelsior” otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospekti “Azneft” meydanından Yusif Səfərov küçəsinə qədər günorta saatlarından sonra nəqliyyata bağlanacaq.

Saytların yığılması Saytlarin yigilmasi

IV İslam Həmrəylik Oyunlarının rəsmi açılışı mayın 12-də olub. Onda da paytaxtın bəzi mərkəzi küçələri nəqliyyata bağlanmışdı.

Bu idman yarışları ilə bağlı Azərbaycana 54 islam ölkəsindən 3 mindən yuxarı idmançı gəlib. Yarışlar idmanın 21 növü üzrə keçirilir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button