2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mayk Pens: “Sülhə güc vasitəsi ilə nail olunur”

ABŞ-ın vitse-prezidenti Mayk Pens Yaponiya baş naziri Sindzo Abe ilə Şimali Koreya məsələsini müzakirə edib.

Görüşdə iki ölkənin məsələni sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğu vurğulanıb.

Saytların yığılması Saytlarin yigilmasi

M. Pensin qənaətinə görə, sülhə güc vasitəsi ilə nail olunur. O, ölkəsinin Pxenyanın nüvə probleminin həlli istiqamətində Yaponiya, Cənubi Koreya və Çinlə əməkdaşlıq etməyə hazır olduğunu söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl M. Pens ABŞ-ın Şimali Koreyaya qarşı sərgilədiyi strateji hövsələ erasının bitdiyini açıqlayıb.

M. Pensin Asiya ölkələrinə olan səfəri son illər ərzində Şimali Koreya ətrafında yaşanan ən gərgin böhrana təsadüf edib. ABŞ Koreya yarımadası sahillərinə başda “Karl Vinson” nüvə aviadaşıyıcısı olmaqla, bir neçə hərbi gəmi göndərib. Mətbuat ABŞ-ın Şimali Koreyaya zərbə endirəcəyini istisna etmir. Rəsmi Pxenyan isə təxribatın baş verəcəyi təqdirdə, ABŞ-ın hərbi bazalarına və Cənubi Koreyanın paytaxtı Seulda yerləşən prezident sarayına zərbə etdirməyə hazır olduğunu açıqlayıb.

 

(apa)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button