Loading...
Loading...
Xəbərlər

'McDonald's' Qazaxıstanda işini dayandırıb

Qazaxıstanda bütün “McDonald’s” restoranlarının fəaliyyəti dayandırılıb. Buna aid elan şirkətin “Instagram” səhifəsində yer alıb.

Məlumatda bildirilir ki, dayanma texniki səbəblərə – fiskal məlumat operatoru tərəfində problemlərə görə baş verib. Restoranların nə vaxt açılacağı barədə, hələlik, məlumat yoxdur.

“McDonald’s” 2016-cı ildən Qazaxıstanda fəaliyyət göstərir. 2022-ci ilin yazında ölkənin altı şəhərində 23 ona aid restoran olub.

“Forbes” jurnalı daha əvvəl yazmışdı ki, Rusiyada “McDonald’s” fəaliyyətini dayandırdıqdan sonra Qazaxıstandakı şəbəkə çətinliklərlə üzləşə bilər. Çünki Qazaxıstan restoranlarının öz məhsullarının yarıdan çoxunu Rusiyadakı tədarükçülərdən aldığı bildirilirdi.

“McDonald’s”ın Rusiya şəbəkəsi Ukraynaya təcavüz (fevraın 24-də) səbəbindən Rusiyanı tərk edib. Şirkətin Rusiya biznesini Novokuznetskdən olan sahibkar Aleksandr Qovor alıb. Yeni restoranlar şəbəkəsi “Vkusno – i toçka” adlanır.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Türkiyə, İran, Rusiya birgə avtomobil buraxacaqlar?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button