Bizim tərcümə

McFit-in qurucusu Rainer Schalleri daşıyan təyyarə qəzaya uğrayıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-23 12:34:32

Dünyanın gözü və qulağı günlərdir Kosta Rikadan gələn xəbərlərdədir.

“Mcfit” şirkətinin yaradıcısı, məşhur iş adamı Rayner Şalleri daşıyan şəxsi təyyarə Kosta-Rikada radarlardan itib.

Saytların yığılması Saytlarin yigilmasi

Şalleri, həyat yoldaşı və uşaqlarını daşıyan təyyarədən son siqnalın gəldiyi bölgədə axtarış-xilasetmə işlərinə başlayan qruplar, təyyarənin qəzaya uğradığı qənaətinə gəliblər.

İngiltərənin “The Sun” qəzetində yer alan xəbərə görə, axtarış-xilasetmə qrupları təyyarənin qalıqlarının parçalarına çatıb.

Eyni xəbərə görə, qruplar 3 nəfərin cəsədinə də çatdı. Tapılan cansız cəsədlərdən birinin uşağa aid olduğu açıqlanıb.

Kosta-Rika səlahiyyətliləri xəbəri təsdiqləyərkən, təyyarənin Piaggio P.180 Avanti olduğu barədə məlumat paylaşıblar.

McFit-in qurucusu Rainer Schalleri daşıyan təyyarə qəzaya uğrayıb

Təyyarədə Şallerin şəxsi məşqçisi Markus Kurrekin də olduğu bildirilir.

Alman iş adamı cümə günü şəxsi təyyarəsi ilə Meksikanı tərk edib və sonrakı saatlarda təyyarə ilə əlaqə kəsilib.

Kosta Rika Mülki Aviasiya direktoru Fernando Naranjo təyyarənin hava limanına çatmasına 40 kilometr qalmış 2000 fut yüksəklikdə radardan itdiyini açıqlayıb.

McFit-in qurucusu Rainer Schalleri daşıyan təyyarə qəzaya uğrayıb

Rəsmi açıqlamada təyyarədə 5 Almaniya vətəndaşının olduğu bildirilib.

Sonrakı saatlarda Mcfit verdiyi açıqlamada Schallerin təyyarədə olduğunu söylədi.

Təyyarənin niyə qəzaya uğraması ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button