Loading...
Loading...
SEÇMƏ

MDB-dəki türk respublikalarının birgə kino qurumu yaradılacaq

Kinematoqrafçıları İttifaqları Konfederasiyasının qərargahı Bakıda olacaq

MDB Türk Respublikaları Kinematoqrafçıları İttifaqları Konfederasiyası yaradılacaq.

Təklifi MDB Ölkələri Kino İttifaqları Konfederasiyasının təşkilat katibi, prodüser və aktrisa Fatimə İbrahimbəyova verib.

O, həmçinin qərargahın Bakıda fəaliyyət göstərməsi ideyası ilə çıxış edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyəti qarşıdakı aylarda bu istiqamətdə addımlar atmağı planlayır.

Mayın 31-də AKİ-nin iclası keçirilib və açıq səsvermə ilə Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib.

Həmçinin AKİ-nin İdarə Heyətinin üzv siyahısı artırılıb.

Filologiya elmləri doktoru, BDU-nun professor Qulu Məhərrəmli, sənətşünas, ssenarist Nadir Bədəlov, kinorejissor Rövşən İsax, MDB Ölkələri Kino İttifaqları Konfederasiyasının təşkilat katibi, prodüser, aktrisa Fatimə İbrahimbəyova İdarə Heyətinin yeni üzvləri seçiliblər.

Təşkilatın idarə heyətinin üzvləri Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimi, operator, rejissor Nizami Abbas, Xalq artisti, aktyor Rasim Balayev, kinorejissor Əli İsa Cabbarov (İttifaqın katibi), Əməkdar incəsənət xadimi, səs rejissoru Əsəd Əsədov, “Azərbaycanda dünya kinosunun 100 illiyi fondu” ictimai birliyinin direktoru, prodüser Lalə Əfəndiyeva, kinorejissor Tahir Tahiroviç (Əliyev), Əməkdar incəsənət xadimi, rejissor Cəmil Fərəcov, Xalq artisti, aktrisa Həmidə Ömərova, Əməkdar incəsənət xadimi, quruluşçu rejissor, multiplikator Firəngiz Qurbanova, Xalq artisti, aktyor Məbud Məhərrəmov, ssenarist, rejissor, prodüser Cavid İmamverdiyev, Əməkdar incəsənət xadimi, rejssor-ssenarist Mirbala Səlimli, rejissor-ssenarist Oleq Səfərəliyev (İttifaqın katibi), Xalq artisti, aktrisa Yusupova Şükufə, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlınskidən ibarət idi.

Azərbaycan Kinematoqrafçılar İttifaqı 1963-cü il yanvarın 11-də Respublika Kinematoqrafiya İşçilərinin I Təsisat Qurultayında yaradılıb.

Təşkilatın 1981-ci ildə keçirilən V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilib.

İttifaq MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasının üzvü və təsisçilərindəndir.

Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyov 2022-ci il martın 11-də uzun sürən xəstəlikdən vəfat edib.

Meydan TV

Gözdən qaçırmayın:  Cəlilabad sakini: “Xəstəliyin müəyyənləşməsi üçün pul istəyirlər”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button