2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

MDB-nin sammitindən çağırışlar və təhdidlər…

Yayımlandı: 30 Dekabr 2022 16:01

26-27 dekabr tarixlərində Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının ənənəvi yeni il öncəsi sammiti mürəkkəb dövrdə – 2022-ci ildə keçmiş SSRİ məkanında İkinci Dünya Müharibəsinin başa çatmasından sonra ilk böyük hərbi münaqişənin baş verdiyi bir ərəfədə baş tutub.

Rusiyanın Ukraynaya hücumu səfərbəredici funksiyasının effektivliyi ildən-ilə azalan MDB-nin gələcəyi haqqında şübhələri gücləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Ev sahibi, Rusiya Prezidenti Vladimir Putin Avrasiya məkanı üçün təhdidlərin mövcudluğunu etiraf edib, toplaşanları Birliyin təhlükəsizliyini təmin etmək məqsədilə səyləri birləşdirməyə çağırıb.

“MDB ölkələrinin əməkdaşlığının əsas istiqaməti bizim ortaq Avrasiya regionumuzda təhlükəsizliyin və sabitliyin qorunub saxlanmasıdır. Təəssüf ki, bu sahədə çağırışlar və təhdidlər, ilk növbədə kənardan gələn təhdidlər, ildən-ilə artır”, – deyə Putin bildirib.

Həqiqətən, MDB 1991-ci ildə yaradıldığı gündən etibarən pis günlərini keçirir. Bir müddət əvvəl Gürcüstan və Ukrayna təşkilatı tərk edib. Moldova Prezidenti növbəti dəfə məhəl qoymayaraq, sammitə gəlmir…

2022-ci ildə Azərbaycan və Ermənistan və Qırğızıstan və Tacikistan arasında münaqişələr növbəti hərbi toqquşmalara çevrilib və MDB-nin növbəti sammiti onların münasibətlərini tənzimləmək iqtidarında olmayıb.

Liderlər hər hansı sülhyaratma sənədi qəbul etmədən dağılışıblar.

Putin Cənubi Qafqazda və Mərkəzi Asiyada münaqişə tərəflərinin mövqelərini yaxınlaşdırmağa müvəffəq olmayıb.

Mehman Əliyev, Foto: Meydan TV

Tacikistan və Qırğızıstan prezidentləri Rahmon və Japarov hələ də bir-birinə əl uzatmayıblar, Əliyev və Paşinyan isə Putinin təşəbbüsü ilə sammit çərçivəsində formal fikir mübadiləsi aparıblar, amma Laçın böhranını həll etməyiblər.

Təşkilatın əsas fiqurantının – Rusiyanın Gürcüstan, Ukrayna və Moldovanın şəxsində öz tərəfdaşlarına qarşı təcavüzləri silsiləsi nəticəsində MDB keçmiş sovet respublikalarını birləşdirən, postsovet məkanında sabitliyi və tərəqqini təmin etməyə xidmət etməli olan institut kimi getdikcə daha çox fantazmaqorik şəkil alır. Və Moskva tərəfindən birliyin digər ölkələrinə qarşı təhdidlər bitmək bilmir və vaxtaşırı özünü xatırladır.

Putin sammitdə hər hansı əhəmiyyətli sənədin və təhlükəsizlik sahəsində qərarların müzakirəsini və qəbulunu təklif etməyib. Bu isə ilk növbədə Moskvanın tərəfdaşları qarşısında hər hansı öhdəlik götürmək və görüşdə iştirak edən istənilən liderə qarşı açıla biləcək əl-qolunu bağlamaq istəmədiyini göstərə bilər.

2023-cü ilin MDB ölkələrində rus dili ili elan edilməsi faktı Rusiyanın gələn il münasibətlərin eyni formal və özü üçün sərfəli səviyyəsini qoruyub saxlamaq istəyini göstərir.

Bu humanitar məsələnin MDB-də təhlükəsizlik problemlərinin həllində nə dərəcədə nəticə verəcəyini təsəvvür etmək çətindir. Odur ki, bu yanaşma ilə Putinin açılış nitqində bəhs etdiyi çağırışlar və təhdidlər artan tendensiyaya malik olmalıdır.

Mənbə: Turan.İA

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button