24saat.org " MedEra Hospital "dan növbəti şikayət - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
” MedEra Hospital “dan növbəti şikayət

Son zamanlar “MedEra Hospital” klinikasının fəaliyyəti – bahalı müayinələr, xəstələrin çoxsaylı şikayətləri, cərrahiyyə əməliyyatından sonra yaranan fəsadlar və s. bu kimi xoşagəlməz hallar dəfələrlə mətbuat tərəfindən tənqid edilib.

Reportyor.info xəbər verir ki, bu dəfə burun-dodaq əməliyyatı etdirən xanımı çıxılmaz vəziyyətdə qalıb.

Evelina Şükürova adlı qadın 2016-cı ildə burun-dodaq əməliyyatı üçün sözügedən hospitalın direktoru və lor həkimi olan Qəhrəman Qəhrəmanova müraciət edib.O, əməliyyat üçün həkimə 2500 manat pul ödəyib.

Qəhrəman Qəhrəmanov

Qəhrəman Qəhrəmanov

Evelina Şükürovanın sözlərinə görə, ödədiyi məbləğə baxmayaraq onun əməliyyatı uğursuz olub:

“Əməliyyat uğursuz oldu. Xoşuma gəlmədiyi üçün həkim dedi ki, bir müddət gözlə, yerinə oturacaq. Bir il tamamında dodağım da əyri, burnum da bərbad vəziyyətdə idi. Burnumdan qan, çirk gəlirdi, istədiyim formada deyildi”.

Evelina Şükürovanın burun-dodaq əməliyyatı ikinci dəfə birinci əməliyyatdan bir il sonra baş tutur. Bu zaman qaydalara görə uğursuz əməliyyatdan sonra pulsuz olmalı ikinci əməliyyat üçün ödəniş tələb edilib, vətəndaşdan estetik əməliyyat üçün anesteziya və analizlərin pulu adı ilə 500-600 manat alınıb.

Bu əməliyyat da uğursuz olub. Vətəndaş qeyd edir ki, “əziyyət çəkirəm, nəfəs ala bilmirəm. Dodaqlarım əyridir, burnumdan qan gəlir, şəkillər də təqdim edəcəyəm. Əməliyyatdan öncə bundan daha yaxşı idi dodağımla burnum, nəinki indi. Dodaqlarımın tikişləri düz qoyulmayıb, geli dodağımdan tam olaraq çıxartmayıb, dodaqlarım əyridir, danışan zaman dartılır”. Şikayətçi bildirdi ki, “MedEra Hospital”ın direktoru və onun əməliyyatını aparmış Qəhrəman Qəhrəmanov hal-hazırda, “Həyat” klinikasında estetik cərrah olaraq fəaliyyət göstərir.

Qeyd edək ki,Qəhraman həkimin mövqeyini dərc etməyə çalışsaqda münasibət bildirmədi:

REPORTYOR.info

46642440_273459280024000_5805904307895140352_n

46513581_2151660505097140_9202933116421799936_n

medera

46774745_2301740043201181_3981604776981823488_n

46635556_2290264741204700_8561730649868730368_n 46632026_529787310765573_2928186476233490432_n

 

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.