2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Media Haqqında Qanun”un Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Ombudsmana müraciət edildi

“Media Haqqında Qanun” Konistitusiya Məhkəməsi tərəfindən yoxlanıla bilər

31 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevyaya “24saat.org” MMC  təsisiatında olan  24saat.org və az24saat.org onlayn media resurslarının Azərbaycan Medianın inkişafı Agentliyi tərəfindən media reyestrinə daxil edilməməsinin yaratdığı hüquqi problemlərin nəticəsində söz azadlığına qarşı yaradılmış problemin Konistitusiya Məhkəməsi səviyyəsində incələnməsi üçün mümkün qanuni addımı atmasını xahiş edən rəsmi müraciət ünvanlayıb.

“24 saat” hesab edir ki, bu məsələdə hüquqi şəffaf və qanunvericiliyə uyğun olmaqla hüquqi araşdırmaların aparılması vacibdir.

Saytların yığılması Saytlarin yigilmasi

Media AgentliyiMedia Reyestri

Agentlik “24saat.org” və “az24saat.org” onlayn media resurslarını reyestrə daxil etməkdən imtina edib. “24 saat” tərəfindən həmin əsassız imtinadan sonra qərardan Bakı İnzibati Məhkəməsinə şikayət edilib. Reyestrə daxil olmaq media təşkilatının qanunvericiliyinə uyğun məcburiyyətdir. “24 saat” hazırda qanunun bilərəkdən ədalətli şəkildə tətbiq edilmədiyindən şikayətçidir.

Sorğu göndərilməsi

“24 saat” müraciətində İnsan Hüquqları üzrə Müvəkkildən xahiş edib ki, məhkəmə eyni əsaslarla bütün həmkarlarıın verdikləri şikayətlər üzrə qərar verməzdən əvvəl Konstitusiya Məhkəməsinə sorğu göndərsin. Həmin sorğuda Konstitusiya Məhkəməsindən “Media Haqqında Qanun”un Konstitusiyaya uyğun olub-olmadığını yoxlamağı tələb etsin.

Müdafiə mövqeyimiz

“24 saat” hesab edir ki, bu cür ciddi mübahisələr doğurmuş qanunun Konstitusiyaya uyğunluğu Konstitusiya Məhkəməsində mütləq yoxlanılmalıdır. Bu, hüquqi şəffaflıq və insan haqlarının qorunması prinsiplərinin əhatə edildiyi və qanunvericiliyə uyğun olan hüquqi araşdırmaların aparılması ilə bağlıdır.

Nəticə

Media haqqında” yeni qanunun icrasında əsas məsul fiqur Azərbaycan Medianin İnkişafı Agentliyidir. Qanunun məqsədi media azadlığını “tənzimləmək” və “qorumaq”dır, lakin onun vətəndaşların hüquqlarını birbaşa pozan bir neçə aspekti var.

Hakimiyyət hazırda media təşkilatlarından  öz mənafeyinə uyğun yaratdığı qurumdan qeydiyyatdan keçmələrini tələb edir ki, bu da istənilən formada ədalət prinsiplərini pozur. Bundan əlavə, yalnız reyestr xidmətində dövlət qurumlarına və onun siyasətlərinə qarşı tənqidi olmayan məqalə və xəbərləri təşviq edən veb-saytları qeydiyyata almaqla, informasiya üzərində monopoliya yaradır.

Qanunda istifadə edilən birmənalı olmayan terminlər də vətəndaşları senzura qarşısında aciz qoyub. Agentlik onların məxfilik və gizlilik hüquqlarını pozan “dövlət sirri” sayıla bilən məzmun və ya bəyanatlar axtaran internet saytlarını tədqiq edir. Bu proses hələ də sirr olaraq qalsa da, heç bir insan nəzarəti olmadan açar sözlər axtaran bir robot vasitəsilə həyata keçirildiyi güman edilir.

Bu, heç bir səbəb göstərilmədən söz və ifadə azadlığının necə məhdudlaşdırıla biləcəyinin həyəcan verici nümunəsidir. Söz azadlığına qarşı bu son dərəcə məhdudlaşdırıcı və müdaxiləedici hərəkət Azərbaycanın Media İnkişafı Agentliyinin bu gün nə qədər gücə malik olduğunu ortaya qoyur.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button