2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

”Media mühitinə asan sağalmayacaq yaralar vurulub”

Xalid Ağaliyev: ”Hökumətin medianı öz nəzarətindən buraxacağının işartılarını hələ görmür”

Son bir neçə gün media Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və məhkəmələrin hədəfində olub. Yalnız dünən 3 sayt bloklanıb. Yaranmış vəziyyətlə əlaqədar media mütəxəisisi, hüquqşünas Xalid Ağaliyev “Turan”İA-nin suallarını cavablandırıb.

Xalid Ağaliyev “hakimiyyətin alternativ medianı boğmaq üçün yaratdığı həmin media qurumları indi niyə bağlanır” sualına cavabında xatırladıb ki, hələ xeyli əvvəllər, devalvasiya zamanında hökumətin bəzi xərclərə, eləcə də mediaya ayırdığı vəsaitlərə korrektələr edəcəyi deyilirdi:

“Bu, ola bilsin, xərclərdə daha ölçü-biçili olmaq siyasətinin nəticəsidir. Başqa səbəblər də ola bilər. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hökumət 2000-ci illərdən istədiyi medianı formalaşdırmaq, ictimai rəyi özünün istədiyi kimi idarə edə biləcək media yaratmaq siyasəti yürüdür. Bu siyasətin ugurlu olması üçün hökumət hər şeyi edib – kifayət qədər vəsaitlər xərcləyib, “filan tənqidçi media bizə əngəl yaradır” deyildiyində onu qapadıb, “filan jurnalistlər maneçilik edir” deyildiyində onları həbs edib, başqa yollarla sıradan çıxarıb. Reallıq budur ki, ondan istənilən hər şeyi etməsinə rəğmən, hökumət görmək istədiyi medianı əldə edə bilməyib”.

Saytların yığılması Saytlarin yigilmasi

Onun fikrincə, hökumətin nəzarətində olan bu medialar toplumun etimadına sahiblənə bilməyiblər – qəzetlər sıradan çıxıb, onları oxuyan yoxdur, tirajları ən yaxşı halda bir neçə minə çatır, onları da alan yoxdur:

“Teleradio mediası izlənilmir, insanlar Türkiyə-Rusiya-İran mediasını izləyir-dinləyirlər. Qısası, bu mediaların ictimai rəyə təsiri olduqca aşağıdır. Toplumun etimadı ölkədən didərgin salınmış bir neçə jurnalistə, qorxu altında yaşayıb işləməyə çalışan yerli kiçik qruplara, sosial mediada fəal olanlaradır. Bütün bunların fonunda ola bilsin ki, indi həm də hesabat zamanıdır. Bəlkə də hökumət dayanıb, ötən 10 ildən çox zamana baxır, çək-çevir edir, bu sahənin xəritəsini cızanları sorgulayır ki, mən hər şeyi etdim, bəs, niyə nəticə yoxdur? Niyə insanlar, yerli, beynəlxalq toplum 10 ildən artıqdır hər cür dəstək verdiyimiz mediaya deyil, heç bir maliyyə dayağı olmayan bir ovuc sosial şəbəkə fəalına, jurnalistə etimad edir? Amma, əlbəttə, bunlar fərziyyədir, mümkündür ki, həssas mövzuda məzmun yanlışlığına yol verilib və hökumət də həmişə olduğu kimi ifadə, media azadlığı ilə qaba davranıb”.

meydan

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button