2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Mediadakı bu ağır vəziyyəti yaradan hakimiyyətin özüdür”

Mehman Əliyev: “Mediaya ictimai fikri çaşdırmaq tapşırılıb”

 

DTX-nın “reket jurnalistikası”na qarşı mübarizə çərçivəsində həyata keçirdiyi həbslər bütün ölkədə, xüsusilə də media məkanında diqqətlə izlənməkdədir. Bəzi ekspertlər bu həbslərin vacibliyinə toxunsa da, problemin kökünün daha dərinlərdə olduğunu iddia edən mütəxəssislər də yox deyil.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyev hesab edir ki, ölkə mediasındakı ağır durumun əsas məsuliyyəti hakimiyyətin üzərinə düşür:

“Jurnalistikadakı bu ağır vəziyyəti yaradan hakimiyyətin özüdür. Bu gün ölkədə müstəqil media adına işləmək mümkün deyil. Ölkədə bununçün şərait yoxdur. Azərbaycanda əksər media orqanları nəzarət altındadır və maliyyələşdirilir. Mediaya vəsait verəndə konkret deyirlər ki, filankəsi söy, filankəs haqqında böhtan yay, kompromat yay, ictimai fikri çaşdır. Media bununla məşğuldur. Bunu idarə edən isə Azərbaycan hakimiyyətidir. DTX bununla məşğul olmalıdır. Araşdırmalıdır ki, bu media orqanlarını kim maliyyələşdirir, kim saxlayır, bunlar niyə belə yazır… Ümumiyyətlə onların nə yazdığı araşdırımalıdır. Bu, problemin əsaslı həlli üçün daha zəruridir”.

 

Seymur Əliyev

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button