2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Medianın İnkişaf Agentliyi saytlar arasında ayrı-seçkilik edir?

Yayımlandı: 4 Noyabr 2022 13:22

Hüquqşünas: “Bu, çalarlarını Konstitusiyamızın formalaşdırdığı kontekstdə biabırçı mənzərədir”

Medianın İnkişafı Agentliyi (MİA) “24saat.org” MMC-nin reyestrə daxil olunmasından imtina edib. İmtinaya səbəb kimi saytın fəaliyyətinin davamlı olmaması göstərilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə saytın rəhbəri Vüqar Qurdqanlı “Facebook” səhifəsində yazıb.

“Əhməd İsmayılovla ilk görüşümüz ilkin məhkəmə istansiyası olacaq”

Baş redaktor bildirib ki, “24saat.org” MMC-yə daxil olan “az24saat.org” saytı son 5 ildə 1 gün belə ötürmədən mütəmadi yazılar dərc edib. Yəni fəaliyyətin davamlı olmaması səbəbinin göstərilməsi əsassızdır:

Görünür, gəmiçi yoldaş firma adında görünən “24saat.org” domeninin hakimiyyətinin despot davranışı nəticəsində ölkə ərazisində bloklandığından açılmadığını əsas gətirməyə çaılışıb. Amma bu detal belə keçərsizdir. Çünki həm “az24saat.org” domeni ölkə ərazisində açılır, həm də “24saat.org” domeni Azərbaycandan başqa bütün ölkələrdə işləkdir. Görünür, imtinanı imzası ilə təsdiqləyən Əhməd İsmayılovla ilk görüş yerimiz ilkin məhkəmə istansiyası olacaq”.

“Şəxsən ölkə başçısına da şikayət ərizəsi yollayacağam”

Sayt rəhbəri əlavə edib ki, hələlik hüquqi baza yaransın deyə, Prezident Administrasiyası və şəxsən ölkə başçısına da şikayət ərizəsi yollamağı düşünür.

Azərbaycanda bu ilin əvvəlində qəbul edilən yeni “Media Haqqında” Qanunun tələblərinə görə, ölkə ərazisində fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələri (KİV) dövlət reyestrindən qeydiyyatdan keçməlidir.

“Reyestrin qapıları ayrı-seçicidir”

Media sahəsi üzrə hüquqşünas Xalid Ağəliyev deyir ki, onun bildiyi daha bir neçə media qurum da var ki, imtina cavabı alıblar. Onun fikrincə, “biz artıq reyestrə daxil olduq” – çağırışları yaxşıdır, lakin reyestrin qapıları ayrı-seçicidir:
“Media Agentliyi artıq reyestə daxil edilməklə bağlı müraciətlərin rədd edilməsi tendensiyasına start verib”.

Hüquqşünas bildirib ki, müraciətlərin rəddinə Avropa Şurası Venesiya Komissiyasının “Avropa Şurasına üzv olan ölkədə belə bir qanun tətbiq edilməməlidir” formasında qiymət verdiyi “Media haqqında” Qanunun 74.1.2-ci maddəsi əsas göstərilir:
74-cü maddə Media Reyestrinə daxil edilməyin tələblərini müəyyən edir. Başıbəlalı qanunun 74.1.2-ci maddəsi fəaliyyət davamlılığı şərtini nəzərdə tutur. Davamlılığın ölçü daşı bəlli deyil, subyektivdir. Ümumiyyətlə, belə şərt ifadə azadlığı hüququna məhdudiyyətlər üçün senzuradan başqa bir şey deyil”.

“Kövrək gözləntilər də özünü doğrultmadı”

Xalid Ağəliyev bildirir ki, reyestrdə qeydiyyatından imtina olunmuş elə media subyektləri var ki, onlar Media Agentliyinin rəhbərləri hələ orta məktəbdə, yaxud, ali məktəbdə oxuduğu zamanlarda media kimi tanınıblar və hətta Azərbaycan məhkəmələri tərəfindən media, jurnalist kimi sanksiyalara da məruz qalıblar və bunlar rəsmi sənədlərdə əksini tapıb:

Qanunların necə tətbiq edilməsi vacibdir, gözləntilər vardı ki, Media qanunu medianın, jurnalistlərin mənafeləri üstün tutulmaqla tətbiq ediləcək və belə tətbiqetmə qanunun zərərlərini müəyyən ölçüdə sığortalayacaq, görünməz edəcək. Təəssüflər olsun ki, kövrək gözləntilər də özünü doğrultmadı“.
“Məhkəmələrimiz bu mübahisələrə ədalətli baxsalar…

Hüquqşünas əlavə edir ki, yaxında maraqlı məhkəmələr olacaq. Çünki belə düzənləmələr Çin, Şimalı Koreya kimi ölkələrə xasdır:

Məhkəmələrimiz bu mübahisələrə ədalətli baxsalar, tezliklə, qanunun, onu icra edənlərin keyfiyyəti və ardınca, qanunun dəyişdirilməsi gündəmə gəlməlidir. Baxış ədalətsiz olsa, gec olacaq, amma yenə də qanunvericiliyin dəyişdirilməsi hökumətimizin öhdəliyi kimi qarşımıza çıxacaq. Bu, çalarlarını Konstitusiyamızın formalaşdırdığı kontekstdə biabırçı mənzərədir, onu tezliklə silmək, mütərəqqi düzənləmələr düşünmək, tətbiq etmək lazımdır”.

Nə baş verib?

2022-ci ilin əvvəlində Azərbaycanda yeni “Media Haqqında” Qanun qəbul edilib. Müstəqil jurnalistlər və media ekspertləri, eləcə də beynəlxalq təşkilatlar ilk gündən bildirib ki, bu qanun müstəqil media və jurnalistlərin işlərinə əngəl törətmək məqsədi daşıyır.

Azərbaycan rəsmiləri isə daim açıqlamalarında ölkədə medianın müstəqil olduğunu bildirir.

Beynəlxalq reaksiyalar

Prezident İlham Əliyev plüralizmin bütün təzahürlərini silib və 2014-cü ildən bəri qalan tənqidçiləri amansızcasına susdurmağa çalışır”.

“Sərhədsiz Reportyorlar” Təşkilatının açıqladığı 2022-ci ilin Mətbuat Azadlığı İndeksini hesabatında belə deyilir.

Azərbaycan hökuməti hələ də mediaya nəzarət edir. Bu, müstəqil mediaya təzyiq, digərlərilə yaxşı münasibət qurmaq şəklində özünü göstərir”.

Avropa Şurasının Jurnalistikanın Qorunması və Jurnalistlərin Təhlükəsizliyinin Təbliği Platformasının aprelin 27-də yaydığı “Gərginlik və münaqişə vaxtı mətbuat azadlığının qorunması” adlı hesabatında belə bildirilir.

Azərbaycanın yeni Media qanunu onsuz da məhdudlaşdırılmış müstəqil jurnalistika və media mühitini daha da əngəlləyəcək”.

Avropa Şurasının konstitusiya qanunu üzrə ekspertlərindən ibarət Venesiya Komissiyasının rəyində belə vurğulanır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button