Texnologiya

MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib

    MediaTek şirkəti flaqman smartfonlar üçün nəzərdə tutulmuş yeni Dimensity 9000+ prosessorunu təqdim edib. Sözügedən yeni prosessor Dimensity 9000 modelinin daha təkmilləşdirilmiş versiyasıdır. Təqdim edilmiş yeni Dimensity 9000+ prosessoru 5G dəstəkli flaqman smartfonlarda istifadə ediləcək. Qeyd etmək lazımdır ki, Dimensity 9000 modeli 8 nüvə ilə təchiz olunub: 3.05 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X2 nüvəsi, 2.85 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A710 nüvəsi və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsi. Bundan əlavə olaraq Dimensity 9000 prosessoru Mali-G710 qrafik çipi və 5G modemə sahibdir. Dimensity 9000+ prosessoruna gəldikdə isə o da sözügedən nüvələr və qrafik çip ilə təchiz olunub.

Saytların yığılması Saytlarin yigilmasi

    Lakin buna baxmayaraq Dimensity 9000+ modelinin performansı yüksəlib. Belə ki, yeni prosessorda olan Cortex-X2 nüvəsinin çalışma tezliyi 3.2 GHz-ə yüksəlib. Bu isə öz növbəsində prosessorun CPU blokunun performansının 5%, qrafik çipinin performansının isə 10% yüksəlməsinə gətirib çıxardıb. Prosessorun digər fərqləndirici özəllikləri arasında 320 MP-ə kimi olan kameraların dəstəyi, eyni anda 3 kamera vasitəsilə HDR videoların çəkilişi, Bluetooth 5.2, Wi-Fi 6E texnologiyalarının və saniyədə 7 Gbit yüklənmə sürətini təmin edən 5G-nin dəstəyi var. Bununla yanaşı Dimensity 9000+ modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib WDHD+180 Hz-lik təsvir yenilənməsinə sahib FHD ekranları dəstəkləyir. Dimensity 9000+ prosessoruna sahib ilk smartfonların bu ilin üçüncü rübündə təqdim olunacaqları gözlənilir.

24 saat” “MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button