SEÇMƏ

Medvedev: “Biz belə bir BMT olmadan da yaşaya bilərik”

Yayımlandı: 15 Noyabr 2022 11:52

ABŞ-ın Koreya, Vyetnam, İraq və Yuqoslaviyaya vurduğu zərər də ödənilməlidir”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev BMT-nin 14 noyabr qətnaməsini həbs edilmiş Rusiya aktivlərindən istifadə üçün hüquqi əsas tapmaq cəhdi adlandırıb.

Bu barədə keçmiş prezident “Telegram” kanalında yazıb.

“Anqlo-saksonlar açıq şəkildə qanunsuz olaraq ələ keçirilən Rusiya aktivlərinin oğurlanması üçün hüquqi baza yaratmağa çalışırlar”, – deyə Medvedev vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın Koreya, Vyetnam, İraq, Yuqoslaviya və NATO-nun digər qurbanlarına vurduğu zərərin ödənilməsi üçün də belə təşəbbüslər edilməlidir.

D.Medvedevin fikrincə, əks halda bu, barışıq üçün əsas beynəlxalq institut kimi BMT-nin aqoniyasının başlanğıcına çevriləcək.

“Son bütün beynəlxalq ictimaiyyət üçün ağrılı olacaq. Biz belə bir “Birləşmiş Millətlər Təşkilatı” olmadan da yaşaya bilərik”, – Medvedev belə yazıb.

Noyabrın 14-də BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya təcavüzü və cinayətlərinə görə təzminat ödəməsinə dair qətnamə layihəsi səsverməyə çıxarılıb.

94 ölkənin lehinə səs verdiyi qətnamə qəbul edilib.

73 ölkə bitərəf qalıb. Ümumilikdə, 14 ölkə qətnaməni dəstəkləməyib.

Azərbaycan nümayəndə heyətinin səsverməyə qatılmadığı məlum olub.

Ermənistan bitərəf, İran əleyhinə, Türkiyə və Gürcüstan isə lehinə səs verib.

Meydan TV

Gözdən qaçırmayın:  Zelenski Xersona gedib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button