2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Medvedev İrəvana gedir

Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana səfər edəcək. Baş nazirin İrəvana səfəri bu gün başlayır.

ANS PRESS-in məlumatına görə, o, Ermənistanda Avrasiya İttifaqının hökumətlərarası məsləhət şurasının iclasında iştirak edəcək.

D.Medvedevin Ermənistana son səfəri aprel ayının əvəllərində Qarabağda baş verən dördgünlük müharibədən sonra baş tutub. ANS PRESS-in məlumatına görə, aprelin 7-də Rusiyanın baş naziri Dmitri Medvedev və onun müavini Dmitri Roqozin İrəvanda, aprelin 8-də isə Bakıda olublar. Onların Ermənistana və Azərbaycana səfər etməsi aprelin 2-dən 5-nə qədər təmas xəttində baş verən gərgin vəziyyətlə bağlı olub.

Saytların yığılması Saytlarin yigilmasi

D.Medvedev İrəvanda baş nazir Ovik Abramyan ilə, Azərbaycanda İlham Əliyev və baş nazir Artur Rasi-zadə ilə görüşüb. Prezidentlə görüşündə D. Medvedev qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir: “Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur və kompromislər yolu ilə həll edilməlidir”.

Rusiyanın baş naziri Dmitri Medvedev Bakıya səfərindən sonra Rusiya mətbuatına müsahibə verərkən deyib ki, münaqişənin istənilən həll yolu kimisə qane edəcək, kimi isə yox.

“Əgər məndən soruşsanız ki, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması, başqa sözlə, onun sürətli həllindən imtina etməklə insan həyatını qurban verərək həll edilməsi arasında seçim edim, mən birincini seçərdim. Yəni yaxşısı budur, indiki vəziyyət qalsın, nəinki qan tökülsün”.

Bakıda Dmitri Medvedev və İlham Əliyev arasında görüş

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button