2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Medvedev ‘Rusiyanın axırı nüvə axirəti olacaq’ deyir

Ümumiyyətlə son iki gündə Rusiyanın başqa rəhbərləri də ölkənin mümkün parçalanması barədə danışırlar

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Rusiyanın indiki müharibədə uduzacağı təqdirdə Qərbi “nüvə axirəti” ilə hədələyib.

Tez-tez davakar bəyanatlarla çıxış edən Medvedev İzvestiya qəzetində yazdığı məqalədə nüvə hədələrini bir daha dilə gətirib.

Məqalənin böyük bir hissəsi bu müharibənin qaçılmazlığının SSRİ-nin dağılması ilə əlaqələndirilməsinə həsr olunub:

“Bizim indi müşahidə etdiklərimiz birinci dəfə deyildir ki, baş verir. Növbəti dünya imperiyasının sonu çatanda həmişə belə olub”.

Keçmiş SSRİ liderlərini uzaqgörməzlikdə, Qərbi isə düşmənçilikdə və təkəbbürdə ittiham edən Medvedev qeyri-ixtiyarı Sovet İttifaqının çökməsinin qanunauyğunluğunu etiraf edir.

Onun fikrincə postsovet Rusiyanın rəhbərləri nə etsələr də, onsuz da müharibə qaçılmaz idi:

“Tarix amansızdır. Roma və Konstantinopol. Ərəb xilafəti və Çingizxan. Napoleonun yüksəlişi və şərəfsiz ölümü …Dünya salnaməsinin hansı səhifəsini açırsansa aç, eyni şeyi görürsən. İmperiyanın çiçəklənməsindən onun qızıl əsrinədək uzun yol eyni nəticəyə: parçalanmaya və müharibəyə və ya müharibəyə və parçalanmaya gətirib çıxarır. Bu dünyanın qanunudur. Bizim də, SSRİ-nin də başına bu gəlib, hərçənd təxirə salınmış variantda”.

Medvedevin fikrincə “imperiyanın məhvindən sonra müharibənin ən güclü katalizatorları” rolunda bu dövlətin ətrafında onun daha da parçalanmasını arzulayan ölkələr çıxış edirlər.

Medvedev ötən ilin fevralında Ukraynaya qarşı başlanmış müharibəyə görə Qərbi ittiham edir.

Keçmiş prezident yenə də tarixə istinadla yazır ki, “yıxılan istənilən imperiya öz xərabələri altında dünyanın yarısını, bəlkə də daha çoxunu dəfn edir”.

Bununla belə Medvedev bəyan edir ki, Rusiyanı “SSRİ kimi etmək” alınmayacaq, “çünki Rusiyanın mövcudluğu məsələsi ciddi şəkildə qalxarsa, bu Ukrayna cəbhəsində həll olunmayacaq və söhbət bütün insan bəşəriyyətinin bundan sonrakı varlığından gedəcək”.

Axirət hədələri ilə dolu məqaləsini “nikbin” notda bitirən Medvedev yazır ki, “Rusiya buna yol verməyəcək”.

O bütün qeyri-Qərb ölkələrini Rusiyanın müttəfiqləri sırasına yazır.

Medvedev məqaləsində Rusiyanın SSRİ-dən nə ilə fərqlənməsini, əgər bütün imperiyalar çökürsə bunun onun da başına gəlməyəcəyinin səbəblərini izah etmir.

Ümumiyyətlə son iki gündə Rusiyanın başqa rəhbərləri də ölkənin mümkün parçalanması barədə danışırlar.

Bu həftəsonu Rossia 1 telekanalına müsahibə verən prezident Vladimir Putin Qərbi Rusiyanı “sökmək” cəhdində ittiham edib.

Putin deyib ki, bunun nəticəsində ruslar yox olacaq, onların əvəzində moskovitlər və urallılar yaranacaq:

“Sonra isə onlar bizi ayrı-ayrılıqda, belə demək mümkündürsə, mədəni xalqların ailəsinə qəbul edəcəklər”.

Onun sözlərinə görə bundan sonra rus xalqının bugünkü şəklində varlığı dayanacaq. Putin iddia edib ki, belə planları artıq kağız üzərində cızıblar.

24 saat” “
Medvedev ‘Rusiyanın axırı nüvə axirəti olacaq’ deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button