2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Medvedev Sarkisyanla görüşdü

Rusiyanın baş naziri Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin köməkçisi Narek Nikoqosyan öz Twitter səhifəsində yazıb. Amma görüşün təfərrüatları barədə məlumat yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Avrasiya İttifaqına daxil olan ölkələrin nazirləri də artıq Yerevandadırlar.

Başqa sözlə, Rusiyanın baş naziri Dmitri Medvedevlə yanaşı onun belaruslu həmkarları Andrey Kobyakov, qazaxıstanlı həmkarı Qonur Masimov və qırğızıstanlı həmkarı Sooronbay Jeenkebov Yerevana gəliblər.

Onların hər biri Ermənistan prezidenti ilə görüşəcək. Daha sonra İttifaqın hökumətlərarası məsləhət şurasının iclasında iştirak edəcəklər.

Bu gün Ermənistanda Avrasiya İttifaqının hökumətlərarası məsləhət Şurasının iclası keçirilir.

Onu da qeyd edək ki, İttifaqın iclasının aprelin əvvəlində keçirilməsi nəzərdə tutulurdu. Amma həmin vaxt Ermənistan ordusunun Azərbaycana təxribatı nəticəsində cəbhə xəttində vəziyyət gərginləşib. Bundan sonra Qazaxıstanın etirazı əsasında Şuranın iclası təxirə salınıb.

Qazaxıstanın etirazı Yerevan və Astana arasında gərginliyə səbəb olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button