2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Medvedev Ukraynanı 'qisas zərbələri' ilə hədələyir

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti dəfə dolayı yolla Ukraynanı nüvə zərbəsi ilə hədələyib. O deyib ki, Ukrayna Krıma və ya “Rusiyanın dərinliklərinə doğru” zərbə endirsə, “Rusiyanın cavabı hər şey ola bilər”.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz özümüzə heç bir məhdudiyyət qoymuruq və təhdidlərin xarakterindən asılı olaraq, bütün növ silahlardan istifadə etməyə hazırıq…” Medvedev bildirib.

O, Krımda Rusiya obyektlərinə mümkün zərbələrin danışıqların başlamasına deyil, “qisas zərbələrinə” səbəb olacağı fikrini də ifadə edib:

“Kiyevin hakimiyyəti altında qalan bütün Ukrayna alovlanacaq”-Rusiya rəsmisi əlavə edib.

Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixailo Podolyak tvitter hesabında bu hədələrə münasibət bildirib. O qeyd edib ki, Ukrayna beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərini, o cümlədən Krımı “istənilən vasitələrdən istifadə etməklə” azad edə bilər.

“Ona görə də Rusiya rəsmilərinin “cavab zərbələri” ilə bağlı hədələri yalnız qırğınlar törətmək niyyətinin təsbitidir və Rusiya Federasiyasının ənənəvi üslubunda qorxutmaq cəhdidir.”

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Onlarla yaşayış məntəqələri dağıdılıb, minlərlə insan həlak olub, onminlərlə ukraynalı yaşayış yerlərini və ölkəni tərk etmək məcburiyyətində qalıb. Müharibə hələ də davam edir.

Moskva qonşu ölkəyə hücumu müharibə deyil, xüsusi hərbi əməliyyat adlandırır. Bunun əksini deyənlər və müharibəyə etiraz edənlər isə ölkə qanunlarına görə cəzalandırılır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button