2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Mehdiyevin məhşər günü

“Cənab Ramiz Mehdiyev qanunsuz olaraq Hesablama Palatası və Maliyyə Nazirliyinin funksiyasını öz üzərinə götürmüş, AMEA-nın institutlarında maliyyə yoxlamaları keçirmişdir. Bu yoxlamalar pandemiyanın tüğyan etdiyi vaxtda heç kəsə lazım deyildi. Sovet diktaturası dövrünün “ideal” kadrına isə insanları qorxutmaq, “gözükölgəli” etmək, onları özünə tabe etdirməyin bir vasitəsi kimi lazım idi”.

Bu cümlələr keçmiş təhsil naziri, AMEA Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanovun yerli mediada dərc etdiyi məqaləsindən götürülüb.  

Saytların yığılması Saytlarin yigilmasi

Bu, son bir neçə həftədə Akademiya prezidenti haqqında elm adamlarının, AMEA-nın tanınmış simalarının mətbuatda dərc olunan onlarla məqalələrindən biridir. Əksər çıxışlarda Ramiz Mehdiyevin elm ocağına rəhbərlik etdiyi dövrdə yarıtmaz idarəçiliyindən, korrupsiya əməllərindən, elm sahələrinə dəxli olmayan, özünə yaxın şəxsləri akademiyaya gətirməsindən bəhs edilir və istefası tələb olunur. 

Diqqətçəkən məqam ondan ibarətdir ki, bütün çıxışlarda R.Mehdiyevin neqativ fəaliyyətindən geniş bəhs olunsa da Azərbaycan elminin fundamental problemlərindən, onlardan çıxış yollarından, habelə post-Mehdiyev dövrünün perspektivlərindən bəhs olunmur. Əsas problem kimi R.Mehdiyevin yarıtmaz idarəçiliyi göstərilir.

AMEA-nın mətbuat katibi Azadə Balayeva Pressklub.az-a açıqlamasında Ramiz Mehdiyevi istefaya çağıran Akademiya əməkdaşlarının, elm adamlarının çıxışlarına münasibət bildirərkən deyib ki, bu tendensiya təəssüf doğurur. “Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev haqqında mediada yayılan müraciətlər, məqalələr alimlər arasında dərin təəssüf hissi ilə qarşılanır, ümidsizlik yaradır”, – o qeyd edir.

Qurumun təmsilçisi bildirib ki, Akademiyada görülən işlər, qazanılan nailiyyətlər yetərincədir və onların müəllifləri mediada yayılan materiallardan məyus olurlar. Mətbuat katibi Ramiz Mehdiyevin haqqında deyilənlərlə bağlı açıqlama vermək niyyətində olmadığını əlavə edib: “Mediadan çoxsaylı müsahibə açıqlama almaq istəyən jurnalistlər var. Əgər özü müsahibə vermək, yaxud mətbuat konfransı keçirmək istəsə, bu barədə media nümayəndələri məlumatlandırılacaq”.

Xatırladaq ki, ötən həftə Ramiz Mehdiyevin sədrliyi ilə AMEA Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. Bu barədə Akademiyanın rəsmi saytında dərc olunan materialda toplantı iştirakçılarının adları sadalanır, müzakirə olunan məsələlər haqqında ətraflı məlumat verilir. Belə təəssürat yaranır ki, R.Mehdiyev getdikdə çoxalan istefa çağırışlarına əhəmiyyət vermir, onlara “biz öz işimizlə məşğul oluruq” mesajını çatdırmağa çalışır.   

Maraqlıdır, Ramiz Mehdiyev istefaya dəvət edilsə də bu barədə AMEA-nın kollegial qurumlarında məsələ qaldırılmayıb. Ümumiyyətlə, qurumun prezidentinin istefası, postundan uzaqlaşdırılması necə tənzimlənir? 

Ramiz Mehdiyev 2019-cu ilin oktyabr ayının 23-də AMEA prezidenti seçilib. Qurumun Nizamnaməsinə görə, Akademiyanın prezidenti Akademiyanın ümumi yığıncağında səsvermədə iştirak edən həqiqi üzvlərinin üçdə iki səs çoxluğu və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Deməli, Mehdiyevin hələ 3 ilə yaxın səlahiyyət müddəti qalıb. 

Nizamnaməyə görə, ildə bir dəfədən gec olmayaraq, aprel ayında Akademiyanın Ümumi yığıncağı çağırılmalıdır. Bu toplantıda AMEA-nın ən mühüm məsələləri üzrə qərarlar qəbul edilir. O cümlədən;

Akademiyanın ümumi yığıncağı tərəfindən seçilmiş Akademiyanın prezidentini həmin vəzifədə təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

Akademiyanın prezidentini, vitse-prezidentlərini, akademik-katibini, Rəyasət Heyətinin digər üzvlərini ümumi yığıncaqda iştirak edən üzvlərinin üçdə iki səs çoxluğu ilə seçir və elmi bölmələrin akademik-katiblərini Rəyasət Heyətinin üzvləri kimi təsdiq edir;

Akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvləri bu Nizamnaməyə uyğun olaraq öz vəzifələrini yerinə yetirmədikdə onların fəaliyyəti Akademiyanın ümumi yığıncağında müzakirə olunur və nəticəyə dair qərar qəbul edilir;

Akademiyanın Rəyasət Heyəti Akademiyanın ümumi yığıncağının keçirilməsinə azı 60 təqvim günü qalmış ümumi yığıncağın keçirilmə vaxtını elan edir.

Beləliklə, AMEA-nın ümumi yığıncağına 2 ay vaxt qalıb. Nizamnaməyə görə, Rəyasət Heyəti bu günlərdə onun vaxtını və müzakirə ediləcək məsələləri ictimaiyyətə elan etməlidir.   

Onu da qeyd edək ki, AMEA nizamnaməsində qurumun prezidentinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Ümumi yığıncaq Akademiya üzvlərinin fəaliyyətini qiymətləndirib, onlar haqqında qərar verə bilər, amma qurumun rəhbəri bu sıraya aid deyil. Nizamnaməyə görə, AMEA-nın fəaliyyətinin təşkili və ləğv olunması səlahiyyətini ölkə prezidentinə məxsusdur. 

Turqut

“Mehdiyevin məhşər günü – Press Klub” başlıqlı yazı pressklub.az saytından götürülüb

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button