Now Reading:
MEHMAN ƏLİYEV: “Mənimlə Prezidentin adından danışıblar”

Turan İA-nin rəhbəri Mehman Əliyevin “Qaynar Qazan” rubrikasında Əvəz Zeynallıya verdiyi müsahibənin ikinci hissəsi də ilk hissə qədər maraqlı faktlarla zəngindir.

Mehman Əliyevin müsahibədə səsləndirdiyi “Səhər məni məhkəməyə aparırdılar və döndərdilər gətirdilər şəhərə – danışıqlara…” deməsi də bu qəbildən çox əhəmiyyətlidir.

24saat.org saytı təcridxanadan məhkəməyə aparılmaq üçün çıxarılan Mehman Əliyevin hara və kimin yanına aparıldığına aydınlıq gətirməyə çalışıb. Suallarımızı özünəməxsus tərzdə cavablandıran M. Əliyev bunları bildirib:

– Mehman bəy, “Qaynar Qazan”a müsahibədə bildirmisiniz ki, səhər məni məhkəməyə aparırdılar və döndərdilər gətirdilər şəhərə – danışıqlara. Öyrənə bilərikmi, nə danışıq idi və kiminlə görüşdürdülər sizi?
– Buna danışıq demək olmazdı. Söhbət ondan gedirdi ki, “vəziyyət yaranıb”, “prezident narahatdır”, “o burda deyildi”, “ona yanlış məlumat verilib” və “qəti imkan tədbirini dəyişmək istəyirlər”… – bu kimi söhbətlər gedib.
– Yəni sizi məhkəməyə yox, kiminsə yanına aparıblar, eləmi?
– Bəli, bəli…
– O şəxsin adını soruşmaq istəyirdik…
– O adamın adını mən demirəm. Əgər mənə qalsa deyə bilərəm, ancaq o birisi tərəfin də razılığı olmalıdır, yaxşı deyil. Ancaq o şəxs mənimlə prezidentin adından danışıb.

Xatırladırıq ki, həbsxanadan məhkəməyə aparılması üçün çıxarılan şəxsin anidən başqa yerə aparılmasının qanuna-zidd olduğundan məsələni həm də PENİTENSİAR XİDMƏTlə dəqiqləşdirməyə çalışsaq da, xidmətdən suallarımıza cavab verəcək şəxsi tapa bilmədik.

24SAAT.ORG

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.