2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Mehman Əliyev beynəlxalq mükafata namizəddir

Fransada yerləşən Sərhədsuz Reportyorlar Təşkilatı (RSF) və TV5-Monde noyabrın 7-də 2017-ci il Mətbuat Azadlığı Mükafatını təqdim edəcək. Tədbir Strasburqda Ümumdünya demokratiya Forumu çərçivəsində keçiriləcək, 3 laureata – bir jurnalist, bir vətəndaş jurnalisti və media orqanına mükafat veriləcək.

Azərbaycandan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev mükafata 18 nominant arasındadır. Onun namizədliyi jurnalist kateqoriyasından irəli sürülüb.

“ÇƏKİNMİRLƏR”

Saytların yığılması Saytlarin yigilmasi

RSF bildirir ki, Mehman Əliyev Azərbaycanda jurnalistikanın və müstəqil xəbərləmə uğrunda mübarizənin pionerlərindən biridir. O və dostları sovet senzurasına dirəniş göstərərək 1990-cı ilin mayında “Turan” xəbər agentliyi yaradıblar. Hazırda “Turan” bu ölkədə qalan yeganə müstəqil media orqanıdır.

Azərbaycan RSF-in Ümumdünya Mətbuat Azadlığı İndeksində 180 ölkə içində 162-ci yerdədir.

“Üç dildə bülletenlər hazırlayan Turan reportyorlarının peşəkarlığı sayəsində vacib xəbər mənbəyinə çevrilib. Onlar ölkədə çox həssas mövzuları belə əhatələməkdən çəkinmirlər. Artan repressiya bu ilin avqustunda Mehman Əliyevin həbsiylə sonuclanıb və Turan əməliyyatları dayandırmalı olub. Beynəlxalq təzyiq sayəsində o, üç həftə sonra həbsdən buraxılıb və nəyin bahasına olursa-olsun, komandasıyla işini bərpa etməyə çalışır”, – məlumatla vurğulanır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button