2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Mehman Əliyevin həbsinə Avropa Birliyindən etiraz

Avropa Birliyinin Xarici Siyasət rəhbəri Federica Mogerinin sözçüsü Maja Kocijancic Azadlıq Radiosuna deyib ki, Turan İnformasiya agentliyinin direktoru Mehman Əliyevin vergidən yayınma və səlahiyyət həddini aşma ittihamları ilə həbsi Azərbaycanda media azadlığı ilə bağlı narahatlıq yaradır.

Kocijancic xatırladıb ki, may ayında da Bakı məhkəməsi 5 online medianın, o cümlədən online televiziyaların bloklanması haqda qərar vermişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Kocijancicin sözlərinə görə, Avropa Birliyi müasir və demokratik cəmiyyətdə müxtəlif və müstəqil medianın əhəmiyyətini bir daha xatırladır və bildirir ki, ifadə və medai azadlığı olmadan məlumatlı, fəal vətəndaşlıq mümkün deyil.

“Biz İnsan Haqları üzrə Avropa Konvensiyasını qəbul edən tərəf kimi Azərbaycanın bu konvensiyanın ifadə və inforasiya azadlığı barədə 10-cu maddəsindən irəli gələn öhdəliklərini yerinə yetirəcəyini gözləyirik”, – deyə Kociajancic bildirib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button