2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Mehman Əliyevin şikayətinə Yasamal məhkəməsi baxacaq

“Yasamal Rayon Məhkəməsi avqustun 31-i Mehman Əliyevin qanunsuz tutulmasına (həbsdən əvvəl) dair şikayətimizə baxacaq”. Bunu facebook statusunda M.Əliyevin vəkili Fuad Ağayev yazıb.

Saat 12.00-da keçiriləcək prosesə hakim Hüseyn Səfərov sədrlik edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

“Turan” İnformasiya Agentliyinin direktori Mehman Əliyev avqustun 24-də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb. O, həmin idarəyə vəkili Fuad Ağayevlə gedib. Vəkil binadan çıxdıqdan sonra Mehman Əliyev haqqında şübhəli şəxs qismində saxlanma qərarı verilib. O, Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb. Qərarın vaxtı saat 18.20 göstərilsə də, bundan bir neçə saat qabaq – saat 16.45-də artıq saytlardan biri Mehman Əliyevin tutulması haqda xəbər yayıb.

Avqustun 30-da isə Mehman Əliyev haqda Yasamal Rayon Məhkəməsinin həbs qətimkan qərarından şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button