2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Mehman Əliyevin tutulmasından Avropa Məhkəməsinə şikayət göndərilir

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev azadlığa buraxılandan az sonra Bakı Apellyasiya Məhkəməsində onun tutulmasının qanunsuz sayılması haqda şikayətə baxılıb.

Söhbət avqustun 24-də Mehman Əliyevin şübhəli şəxs qismində tutulması haqda müstəntiqin qərarından gedir.

Saytların yığılması Saytlarin yigilmasi

Mehman Əliyevin vəkilləri bu qərarı Yasamal Rayon Məhkəməsində mübahisələndiriblər. Müdafiə tərəfi qərarın qanunsuz sayılmasını istəsə də, məhkəmə şikayəti təmin etməyib. Apellyasiya şikayəti də həmin məhkəmə qərarından verilib.

“TUTULMASINA HEÇ BİR ƏSAS YOX İDİ”

Sentyabrın 11-də apellyasiya şikayəti üzrə qapalı keçirilən məhkəmə prosesi haqda AzadlıqRadiosu-na Mehman Əliyevin vəkili Fariz Namazlı məlumat verib.

Məhkəmədə müstəntiq Vüsal İbadov tutma qərarının qanuni və əsaslı olduğunu deyib.

Fariz Namazlı isə bildirib ki, əksinə, Mehman Əliyevin tutulması üçün heç bir əsas yox idi: “O, tutulmamışdan əvvəl vergi orqanının çağırışlarına heç bir problem yaratmadan gəlib. Daimi yaşadığı ünvan, iş yeri bəllidir. Kifayət qədər ictimai nüfuzu olan adamdır. Onun istintaqdan yayınacağını düşünmək üçün heç bir əsas yoxdur. İstintaq orqaninin Mehman Əliyevin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə müraciət etməsi, onun həbsdən buraxılması da şübhəli şəxs qismində tutma qərarının qanunsuzluğunu göstərir”.

İlqar Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib.

F.Namazlı bildirib ki, Mehman Əliyevin şübhəli şəxs qismində tutulmasından Avropa Məhkəməsinə şikayət göndərəcəklər: “Bu cür məsələlərdə apellyasiya məhkəməsi son instansiya hesab olunur”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button